Dünyanın ən qədim dərman şirkəti "Merck&Co" "Vilsan"ı satın alacaq
1668-ci ildən fəaliyyət göstərən dünyanın ən qədim dərman və kimya şirkəti olan "Merck&Co", Türkiyədə heyvan sağlamlığı sahəsində fəaliyyət göstərən "Vilsan"ı satın alır.
"Marja" xəbər verir ki, "Merck & Co", məsələ ilə əlaqədar olaraq Türkiyənin Rəqabət Qurumuna lazımi müraciəti edib.
50 MİN NƏFƏR ÇALIŞIR
Öz sahəsində dünyanın ən böyükləri arasında yer alan "Merck"in ötən günlərdə açıqlanan üçüncü rüb balansına görə satışları 10.3 milyard dollar olub. Şirkətin 2017-ci ili 40 milyard dollar ətrafında bir satış gəliri ilə başa vuracağı gözlənilir. Çox geniş bir məkanda fəaliyyət göstərən şirkətdə 50 min nəfər çalışır.
31 İLLİK ŞİRKƏT
Dünya nəhənginin satın almaq istədiyi "Vilsan" isə 1986-ci ildə heyvan sağlamlığı sahəsində xidmət göstərmək üçün yaradılıb. Şirkət məhsullarını Orta Şərq, Şərqi Avropa, Qafqaz, Afrika, Orta Asiya, Uzaq Şərq Asiya və Cənubi Amerikaya ixrac edir.
"Vilsan", 2014-ci ildə isə yenə yerli bir şirkət olan və eyni sahədə fəaliyyət göstərən "Vimar"a satılmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
-
59 d. əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Ən çox oxunanlar
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub






















