Azərbaycanın irihəcmli layihəsi "beş ulduz"a layiq görüldü
"Azmont Investments” şirkəti Azərbaycanın qeyri-neft sektorunda ölkədən kənar ən irihəcmli investisiyası olan “Portonovi” layihəsinə görə Londonda Avropa Əmlak Mükafatlarına layiq görülüb.
“Azmont Investments” Avropanın yüksək səviyyəli əmlak peşəkarları ilə mübarizə aparıb və nəticədə iki kateqoriya üzrə mükafatla təltif olunub.
Şirkətin yaydığı məlumata görə, Londonda əmlak məsələləri ilə məşğul olan peşəkarların mükafatlandırıldığı Avropa Əmlak Mükafatlarının (“European Property Awards”) təltifetmə mərasimi keçirilib. Tədbir çərçivəsində regionun ən çox tanınan və nüfuzlu layihələri yarışıblar. Mükafatın münsiflər heyəti Böyük Britaniya parlamentinin lordlar palatasının üzvlərindən ibarətdir.
Mükafatlandırma mərasimində “Azmont Investments” şirkəti Avropa Əmlak Mükafatları tərəfindən “Portonovi” layihəsinə görə “Monteneqro üçün qarışıq istifadə arxitekturası” və “Monteneqro üçün qarışıq istifadənin hazırlanması” kateqoriyaları üzrə beş ulduza – ən yüksək mükafatlara layiq görülüb.
“Bu mükafatlara layiq görülmək bizi qürurlandırmaqla yanaşı, anlayırıq ki, bu, bizim və tərəfdaşlarımız üçün əlavə bir məsuliyyətdir. Sözügedən sahənin liderləri və mütəxəssisləri tərəfindən qiymətləndirilmək bizə baxışlarımızı reallaşdırmağa və “Portonovi” istirahət kompleksini Monteneqronun ən möhtəşəm hissəsində əsl lüks tərzini əks etdirən məkana çevirməyə stimul verir”, - deyə “Azmont Investments” şirkətinin Müşahidə Şurasının sədri Ahmet Erentok bildirib.
Beynəlxalq Əmlak Mükafatları müxtəlif ölkələrin yaşayış və kommersiya əmlakı üzrə peşəkarlar üçün açıqdır. Artıq 26 il fəaliyyət göstərən bu mükafat daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin ən təqdirəlayiq nailiyyətlərini qiymətləndirir. Avropa Əmlak Mükafatları sahə üzrə 70 müstəqil ekspert paneli tərəfindən müəyyən edilir. Layihələrin qiymətləndirilməsi dizayn, keyfiyyət, xidmət, innovasiya, orijinallıq və dayanıqlı inkişaf meyarlarına əsaslanır.
“Portonovi” Monteneqro sahilində dağ və dəniz arasında yerləşən zövqlü çoxməqsədli istifadə üçün nəzərdə tutulmuş istirahət kompleksidir. Layihə 2012-ci ildən etibarən Monteneqronun aparıcı investorlarından sayılan “Azmont Investments” şirkəti tərəfindən həyata keçirilir.
“Azmont Investments” şirkətinin əsası “Azerbaijan Global Investments” (Azərbaycanın aparıcı investisiya şirkətlərinin konsorsiumu) şirkəti tərəfindən Monteneqroda qoyulub. Dəyəri 650 milyon avro olan “Portonovi” layihəsi 2012-ci ildə “Azmont Investments” şirkəti tərəfindən Monteneqro bazarına daxil olarkən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
5 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı















.jpg)




