Palatada “Visa İnc.” kart təşkilatının nümayəndələri ilə görüş keçirilib
25.10.2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışovun “Visa İnc.” beynəlxalq kart təşkilatının nümayəndələri ilə görüşü keçirilib.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, görüşdə “Visa İnc.” beynəlxalq kart təşkilatını Azərbaycan, Moldova və Belarusiya üzrə regional meneceri İqor Kovalyov, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Hökumət Qurumları ilə əlaqələr sektorunun direktoru Yuliya Zavalişnaya və digərləri təmsil edib.
Tədbirdə “Visa İnc.” beynəlxalq kart təşkilatı tərəfindən müxtəlif şəhərlərdə, o cümlədən Bakı şəhərində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə aparılan araşdırmanın nəticələri açıqlanıb. Araşdırmanın nəticəsi kimi müxtəlif şəhərlərdə növbəti 15 il ərzində nağdsız ödənişlərin inkişaf etdirilməsi üzrə müsbət trendlər, hökumətin, özəl sektorun və vətəndaşların əldə edəcəkləri nailiyyətlər qeyd edildi. Eyni zamanda, görüş çərçivəsində “Visa İnc.” beynəlxalq kart təşkilatının Visa Token Xidmətinin təqdimatı keçirilib. Təqdimatda beynəlxalq təcrübədə son trendlər, habelə tətbiq ediləcək texnologiyanın rəqəmsal ödənişlərin daha təhlükəsiz formada həyata keçirilməsində rolu göstərilib.
Qarşılıqlı müzakirələr əsasında keçən görüşdə Palata tərəfdən bank xidmətləri üzrə rəqəmsallaşmanın genişlənməsinin mühüm əhəmiyyət kəsb etdiyi və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişlənməsinin zəruri olduğu bildirilib. Eyni zamanda, “Visa İnc.” beynəlxalq kart təşkilatının ölkənin ödəniş kartları bazarının iştirakçısı kimi rolu vurğulanaraq bir sıra iri layihələrin reallaşdırılmasında təşkilatın mühüm rol oynaya biləcəyi qeyd edilib.
Görüş zamanı ölkədə elektron ödənişlərin inkişafı üzrə prioritet hədəflər və birgə əməkdaşlıq istiqamətləri də müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)








