Azərbaycanda 600-dən çox vaqon ləngiyir
Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınması Xəzər dənizində baş verən güclü külək və fırtına nəticəsində ciddi gecikmə ilə baş verir. "İnterfax" agentliyi xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolu" SC-nin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, oktyabrın 20-dən etibarən Xəzər dənizində müşahidə olunan anormal hava şəraiti səbəbindən Azərbaycandan Qazaxıstan istiqamətində daşımalar 16 sutkalıq çətinləşib: "Nəticədə həm Gürcüstanın, həm də Azərbaycanın dəmir yollarında sıxlıq yaranıb. Dekabrın 7-ə olan məlumata əsasən, hər iki ölkənin dəmir yollarında 1045 bərə vaqonu qalıb ki, bundan 602-si Azərbaycan ərazisində, 443-ü isə Gürcüstan ərazisindədir. Rəqəmlər hər gün artım baş verməkdədir".
Bildirilib ki, problemin aradan qaldırılması üçün "Gürcüstan Dəmir Yolu" SC "Azərbaycan Dəmir Yolları" QSC ilə koordinasiyalı şəkildə işləyir.
© APA
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)







.jpg)






