Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın təmsilçiləri Kanadada tədbirdə iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın təmsilçiləri Kanadada tədbirdə iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi SİBOS konfransı bu il 16-19 oktyabr tarixlərində Kanadanın Toronto şəhərində keçirilir.

 

Reklam_3_11

Hər il bu konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.


Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri də tədbirdə iştirak edir.

 

Beynəlxalq Bankdan "Marja"ya daxil olmuş məlumata görə, konfrans çərçivəsində bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib. Bankın strateji hədəfləri diqqətə çatdırılıb. Qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.


Məlumat üçün bildirək ki, bu konfransın keçirilməsinə 1978-ci ildən başlanılıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.
 

17.10.2017 14:42

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar