10 min hektarda 3 aqropark yaradılıb
Kürdəmirdə “Şirvan” massivində 6150 hektar, Muradxan-Pirli massivində isə 4500 hektar sahənin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Kür çayı sahilində nasos stansiyaları, dəmir-beton qurğular tikilir, kanallar çəkilir. Rayonda təyinatı dəyişdirilən 10650 hektar torpaq sahəsində artıq 3 aqropark yaradılıb.
Bunu rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.
Bu sahələrdə meliorasiya işlərinin aparılması, müasir suvarma sistemlərinin qurulması istiqamətində tədbirlər görülür.
“Qlobal Aqro” MMC tərəfindən dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbarın, “Smart” dəyirmanın, yağ və yem emalı zavodlarının, toxum emalı müəssisəsinin tikilməsi nəzərdə tutulub. Hazırda 9 min tonluq anbar istifadəyə verilib, kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. Bu müəssisənin tam işə düşməsi yüzlərlə yeni iş yerinin açılmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
18 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 30 d. əvvəl
-
36 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır






















