Neft qiymətləri İraqda artan münaqişəyə reaksiya verir
İraq, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) ən böyük ikinci istehsalçısıdır.
Neft qiymətləri, İraq hökumətinin yarı muxtar Kürd bölgəsi ilə müharibəyə başlaması ilə yüksəlib.
"Marja" xəbər verir ki, İraqın ən qədim neft istehsal sahələrinin yer aldığı Kərkükdəki münaqişələr, gündəlik 275,000 barrel neft istehsal edən iki müəssisədə istehsalın dayanmasına səbəb olub. Bu miqdar qlobal istehsal nəzərə aldıqda olduqca kiçikdir (ən böyük idxalçı Çinin ötən ay etdiyi alışın 3%-i), ancaq münaqişənin daha da gərginləşəcəyinə dair gözləntilər Brent neftinin qiymətinin 58 dollara yaxınlaşmasına səbəb olur.
Bundan başqa investorlar, ABŞ-da azalmaqda olan ehtiyatlardan, OPEC və tərəfdaşlarının hasilatı azaltmalarından cəsarətlənirlər.
Bakı vaxtı ilə 07:50-də Brent nefti Londonda ICE Futures Europe birjasında 57.83 dollardan, WTI nefti isə, Nymex birjasında 51.80 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















