Kürdən Padarçölə su vurulacaq - 27,5 kilometrlik borular çəkilir
Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar sahədə suvarma layihəsinin icrası yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ASC-nin sifarişi ilə icra olunan layihəyə əsasən, əkin sahələrinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığında yerləşən Kür sutəmizləyici qurğularının imkanları hesabına aparılacaq. Bu məqsədlə su mənbəyindən Padarçöl ərazisinə ümumi uzunluğu 27,5 kilometr olan 2 ədəd magistral su xəttinin tikintisi layihələndirilib. 1400 millimetr diametrli polad borulardan ibarət xəttin artıq 26 kilometrlik hissəsi tikilib.
İşlərin intensiv qaydada aparılması məqsədilə tikinti-quraşdırma işləri bir neçə nöqtədə paralel olaraq həyata keçirilib. Magistral xəttin Bakı-Tbilisi dəmir yolu və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişdiyi yerlərdə nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək üçün avtomobil və dəmir yollarının yatağında xüsusi tunelqazma maşınları vasitəsilə mikrotunellər inşa edilib. Magistral kəmərdə suyun tənzimlənməsi və idarə olunması məqsədilə 16 vantuz, 12 siyirtmə, 18 təxliyə xətti quraşdırılıb.
Bu kəmər vasitəsilə su Padarçöl ərazisində relyef baxımından yüksəklikdə yerləşən anbarlara vurulacaq. Hazırda anbar sahəsində hər birinin tutumu 25 min kubmetr olan 2 ədəd açıq tipli su anbarı inşa olunur. Magistral xəttə suyun vurulması məqsədilə hazırda Kür sutəmizləyici qurğular kompleksində mexaniki avadanlıqların istismar vəziyyətinin yoxlanması və enerji təchizatının yaxşılaşdırılması işləri də aparılır.
Qeyd edək ki, “Azərsu” ASC Hacıqabul və Şamaxı rayonları ilə yanaşı, Zərdab rayonunda da suvarma layihəsi həyata keçirib. Bu məqsədlə Kür çayının sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, diametri 1400 millimetr olan 15 kilometr magistral kəmər inşa edilib. Layihə üzrə işlər 2017-ci ilin iyun ayında başa çatdırılıb.
Qeyd edək ki, Padarçöl ərazisində iri fermer təsərrüfatı yaradılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























