Fed protokolları açıqlandı, Dollar ucuzlaşdı
ABŞ Mərkəzi Bankının (FED) pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) 19-20 Sentyabrda keçirdiyi toplantısının protokolları dərc olunub.
"Marja" xəbər verir ki, protokollara görə, bir çox Fed rəsmisi inflyasiyanın uzun müddət aşağı olacağından ehtiyat edirlər.
Bəzi Fed rəsmiləri, inflyasiya yüksələnə qədər faizin artırılmasının təxirə salınması lazım olduğunu müdafiə edir. Buna baxmayaraq, Fed rəsmilərinin böyük bir qismi, bu ilin sonuna qədər bir dəfə faiz artırmağın zəruri olduğu barədə fikir bildiriblər.
Rəsmilər, inflyasiyanın zəif qalmasından dolayı bankın yumuşaq pul siyasətini bir az da davam etdirməsi lazım olduğunu qeyd ediblər.
Fed keçən aykı toplantısında balansını Oktyabr ayında azaltmağa başlayacağını açıqlamışdı. İclasda bankın 4,5 trilyon dollarlıq balansının yaxın zamanda azaldılması təsdiq edilib.
Bir çox Fed rəsmisi, qarşıdakı aylarda qiymətlərdə baş verəcək artımın ötən günlərdə baş verən qasırğaların nəticəsi ola biləcəyini dilə gətirib.
Fed rəsmiləri, iqtisadiyyatın yaxşı getdiyi barədə razılığa gəliblər.
DOLLAR UCUZLAŞIB
Dollar, üzvlər arasında aşağı inflyasiyanın uzunmüddətli ola biləcəyinə dair narahatlıqları göstərən Fed protokollarının dərc olunmasının ardından bir həftənin ən aşağı səviyyəsinə enib. Avro/dollar məzənnəsi yenidən 1.19 səvyyəsinə yaxınlaşıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
58 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)







