Rəsmi Bakı İsrail hökumətinin bu qərarından ciddi narahatdır
Rəsmi Bakı İsrail hökumətini qondarma “erməni soyqırımı” ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıbİsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair şərhində deyilir.
Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
“Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, - Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Qeyd edək ki, İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib.
“Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur”, – Saar qeyd edib.
Layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























