Tramp Facebook-a sataşdı, Zukerberq cavab verdi
Trump, "Facebook hər zaman mənə qarşı olub" açıqlamasın etdi, siyasi çıxışlardan uzaq duran Zuckerberg-dən də cavab gecikmədi
Trumpa Facebook-un cavabı: Sizdən daha çox insanın qərarına təsir etdik!
Sosial mediadan aktiv istifadə edən Donald Trump, indi də Facebookun qurucusu Mark Zuckerberge sataşıb.
Siyasi bəyanatlar, polemikaların içində yer almayan Zuckerberg də, bu dəfə ABŞ Prezidentinə qarşı səssiz qalmadı.
"Marja" xəbər verir ki, 2016-ci ildə prezident seçkisində gözlənilməz bir şəkildə rəqibi Hillari Klintonu geridə qoyan Trumpın bu qələbəsi hələ də müzakirə edilir. Dünya miqyasında üzv sayı 2.2 milyarddan çox olan Facebook isə siyasi namizədlərə meydanlardan daha təsirli bir imkan təqdim edərək, daha çox insana təsir etmələrinə kömək etdi.
Bu gün, Facebook-un Trump xeyrinə bir nəticə çıxması üçün reklamlar, süni xəbərlər və müsbət ritorikaları artırdığı və bununla da ABŞ vətəndaşlarını təsir göstərdiyi müzakirə edilir. Trump da bu iddialar ilə bağlı olaraq, Facebook-un platforma olaraq hər zaman özünə qarşı olduğunu bildirib, Zuckerberg də bir Facebook paylaşımı ilə ona cavab verib.
"Trumpın, Facebook-un hər zaman ona qarşı olduğunu iddia etdiyi "tweet"inə cavab vermək istəyirəm. Hər gün insanları bir araya gətirmək, bir icma yaratmaq məqsədilə çalışıram. İnsanların səslərini eşitdirə biləcəkləri və bütün ideyalar üçün ümumi bir platforma yaradacağımıza ümid edirik.
Trump, Facebook-un ona qarşı olduğunu deyir. Liberallar Trumpa kömək etdiyimizi iddia edirlər. Hər iki tərəf də bəyənmədikləri fikirlər və paylaşımlara görə təəssüflənir. Bütün ideyalar üçün bir platforma yaratmaq elə buna bənzəyir.
Həqiqətlər, Facebook-un 2016-cı ildə seçkidə oynadığı rolun, deyilənlərdən fərqli olduğunu ortaya qoyur:
Bu seçkidə hər zamankından daha çox insan danışdı. Sosial mediada çoxlu müzakirələr vardı. Bu, namizədlərin internet ilə davrandığı ilk ABŞ seçkisi oldu. Hər bir namizədin hər gün on milyonlarla izləyicisilə birbaşa ünsiyyətə keçmək üçün bir Facebook səhifəsi vardı.
2016 seçkisində əvvəlki seçkilərə nisbətən daha çox insanın fikirlərini bildirdiyini, hər bir namizədin seçicilərinə çatmaq üçün bir Facebook səhifəsi olduğunu və namizədlərin kampaniyalarını daha böyük kütlələrə çatdırmaq üçün yüz milyonlarla dollar xərclədiyini bildirmisiniz.
2 milyon qərarsız seçicinin səs vermələrini təmin etmək məqsədilə çalışdıq. Bu səyimiz, Trump və Klintonun kampaniyalarının cəmindən daha çox qərarsız seçiciyə təsir etdi.
Əlimizdəki faktlar, hər zaman, insanların səsini çatdırmağın, namizədlərin milyonlarla insanın səs vermələrinə, bilavasitə ünsiyyət qurmalarına imkan verdi və qarşılıqlı təsirdə böyük rol oynadığımızı sübut etdi.
Hər kəs üçün icma yaratmaq məqsədilə işləməyə davam edəcəyik. Səhv məlumatlandırma və seçkiləri pozmağa çalışan xarici dövlətlərə qarşı möhkəm dayanacağıq. Dünyanın hər yerində sərbəst və ədalətli seçkinin keçirilməsini təmin etmək üçün çalışmağa davam edəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
54 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























