224 milyard avroluq ayrılıq böhran doğura bilər!
Avropanın böyük iqtisadiyyatlarından İspaniyanın 17 avtonom bölgəsindən biri olan Katalonyada 1 Oktyabr 2017-ci il tarixində müstəqillik referendumu keçiriləcək.
İspaniya ilə Katalonyanın ayrılmasının siyasi bir xaos yaradacağı qətidir, ancaq mütəxəssislər İspaniya iqtisadiyyatının az qala 5-də birini malik olan Katalonyanın ayrılmasının hər iki tərəfin iqtisadiyyatı üzərində ciddi problemlərə gətirib çıxaracağı barədə xəbərdarlığını edirlər.
İQTİSADİYYATIN 20%-İ, İXRACIN 26%-İ
"Marja" xəbər verir ki, katalanlar 7.5 milyon olmaqla İspaniyanın cəmi əhalisinin 16%-ni təşkil edirlər. Bölgənin ölkə iqtisadiyyatındakı payı isə 19.3% ətrafındadır. Katalonyanın iqtisadi böyüklüyü 223.6 milyard avrodur. Rəsmi məlumatlara görə, Kataloniya iqtisadiyyatı 2015 və 2016-da, hər il 3.5% artıb və bu nisbət İspaniyanın iqtisadi artımından iki dəfə çoxdur. Katalonya, İspaniyanın 1.11 trilyon avro olan Ümumi Daxili Məhsulunun 19.3%-ni təmin edir. İspaniyada adambaşına düşən illik milli gəlir 24 min avro ətrafında ikən, Katalonyada bu rəqəm 29.6 min avroya çatır.
Katalonya İspaniyanın ixracatının 26%-nə sahibdir. Eyni zamanda, 2016-cı ildə İspaniyaya gələn 75.6 milyon turistin təxminən 19 milyonunu Kataloniyanı seçib.
İqtisadi ağırlığı böyük olan bölgənin qopmasının iki tərəf üçün mənfi iqtisadi nəticələr doğura biləcəyi ifadə edilir. Katlonya ilk etapda İspaniyaya ödədiyi 16 milyard dollarlıq vergidən xilas ola bilər. Bu İspaniya iqtisadiyyatı üçün 2%-lik itki mənasını verir. Ancaq ixracatının 35.5%-ini İspaniya bazarına etdiyi nəzərə alındığında, ticarətinin əhəmiyyətli bir zərbə alacağı qaçımazdır. İspaniyanın iqtisadiyyat naziri Luis Guindos, ayrılığın Katalan iqtisadiyyatını 25-30% azaldacağını və bölgədə işsizliyin iki dəfə artacağını bildirib.
Digər tərəfdən Katalonyanın ayrılmasının İspaniyanın kredit reytinqinin pisləşməsinə səbəb ola bilər.
17 AVTONOM BÖLGƏDƏN BİRİ
İspaniyanın 17 muxtar vilayətindən biri olan Katalonya, zənginliklərinin Madrid rəhbərliyi tərəfindən istismar edildiyini düşünür. Katanlanlar millət olaraq tanınmağı, limanlarını işlətməyi, vergi yığa bilməyi və bu vergiləri istədikləri kimi istifadə etmək haqqı tələb edir.
Katalonya, İspaniyanın şimal şərqində olan muxtar vilayətdir. Aralıq dənizi boyunca 580 km sahili var. İber Yarımadasının şimalında Fransa və Andorra ilə qonşudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
37 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
41 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 54 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)







.jpg)





