İsveçrə bankı qızılın qiymətinin 5600 dollara çatacağını gözləyir
İsveçrə bankı və investisiya şirkəti "UBS Group" qızıl və gümüş üçün ilin sonu üzrə qiymət proqnozlarını dəyişdirmədiyini açıqlayıb. UBS-in qiymətli metallar üzrə strateqi Joni Teves bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini sabit saxlaması səbəbindən real faizlərdəki azalma qızılı dəstəkləyəcək.Məşhur İsveçrə bankı və investisiya şirkəti "UBS Group" qızıl və gümüş üçün 2026-cı ilin sonu üzrə qiymət proqnozlarını dəyişdirmədiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Bank 2026-cı ilin sonunda qızılın bir unsiyasının qiymətinin 5600 dollara, gümüşün isə 100 dollar səviyyəsinə çatacağını gözləyir. Qeyd edək ki, Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, qızılın unsiyası beynəlxalq bazarlarda 4716 dollara ticarət olunub. Əgər UBS-in proqnozu düz çıxarsa qızıl 884 dollar və ya 19%-ə yaxın bahalaşmalıdır.
UBS-in qiymətli metallar üzrə strateqi Joni Teves çərşənbə axşamı keçirilən media ilə görüşündə bildirib ki, bazarlardakı dəstəkləyici fundamental amillər hələ də qüvvədə qalır.
Teves qeyd edib ki, İranda müharibə başlayandan bəri qızıl qiymətləri təzyiq altında qalsa da, inflyasiyanın yüksəlməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) faizləri sabit saxlaması səbəbindən real faizlərin azalması qızılı dəstəkləyəcək.
“Portfelin şaxələndirilməsi hələ də güclü şəkildə davam edir”, – deyən Teves həm fərdi, həm də institusional investorların qızıla yatırdıqları vəsaitlərinə diqqət çəkib.
O həmçinin mərkəzi bankların qızıl alışını dayandırmasının və ya satışa başlamasının “ehtimal edilmədiyini” bildirib.
Son həftələrdə qızıl qiymətlərində müşahidə olunan üfüqi hərəkət investorların yenidən mövqe tutmasına imkan yaradarkən, UBS qızılın gözləntilərdən daha yaxşı nəticə göstərə biləcəyini qiymətləndirir.
Bildirilib ki, gümüş də qızıldakı yüksəlişi izləyəcək və bazarın əsas dinamikaları tərəfindən də dəstəklənəcək. UBS-in qiymətləndirməsinə görə, bu il gümüşə tələbat təklifi üstələyəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)



.jpg)









