FED ardıcıl üçüncü il zərər açıqlayıb
ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi (FED) 2025-ci ildə 18,7 milyard dollar həcmində əməliyyat zərərilə üzləşdiyini açıqlayıb. Beləliklə, FED ardıcıl üçüncü ildir ki, zərər açıqlayır.
Marja xəbər verir ki, Bank 2025-ci ilə dair audit olunmuş maliyyə hesabatlarını yayımlayıb. Hesabata əsasən, ötən il FED-in əməliyyat zərəri 18,7 milyard dollar təşkil edib.
Fed 2023-cü ildə 114,3 milyard dollar, 2024-cü ildə isə 77,6 milyard dollar əməliyyat zərəri açıqlamışdı. Bununla da son üç ildə qurumun açıqladığı ümumi zərər 210 milyard dolları ötüb. Bununla belə, ötən il zərərin azalması diqqət çəkib.
Bank sonuncu dəfə 2022-ci ildə mənfəət əldə etmiş və həmin il 58,8 milyard dollar mənfəət açıqlamışdı.
FED-in faiz xərcləri ötən il 167,4 milyard dollara qədər azalıb. Bu göstərici 2024-cü ildə 226,8 milyard dollar səviyyəsində idi.
Eyni zamanda bankın faiz gəlirləri də azalıb. Belə ki, 2024-cü ildə 158,8 milyard dollar olan faiz gəlirləri 2025-ci ildə 155,3 milyard dollara enib.
FED, COVID-19 pandemiyasından sonra yüksələn inflyasiyanı nəzarət altına almaq məqsədilə 2022 və 2023-cü illərdə faiz dərəcələrini artırmışdı. Bank 2024-cü ilin sentyabrında faiz endirimlərinə başlayıb və 2025-ci ilin dekabrına qədər ümumilikdə 175 baza bəndi həcmində yumşalma həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















