Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
(®) Daha öncə məlumat verdiyimiz kimi, Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün TəhsilPlus layihəsinə start verilib.
Təqdimatı ötən il başlanılan layihənin hazırlıq mərhələsi artıq yekunlaşıb. Təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim edən TəhsilPlus kartı ilk olaraq 2022-2025-ci illərdə keçirilən sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən, fəaliyyətləri ilə seçilən müəllimlərə təqdim edilib. Qeyd edək ki, layihə təhsilin bütün pillələri üzrə çalışan 450 minə yaxın pedaqoji və inzibati heyəti əhatə edir. TəhsilPlus təhsil işçilərinə əməkhaqqı, debet və giriş kartı olmaqla 3 funksiyanı 1 kartda təqdim edir.
Təqdimetmə mərasiminin baş tutduğu tədbirdə aidiyyatı dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, TələbəPlus kartından sonra TəhsilPlus kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb: “Müasir dövrdə maliyyə alətləri sadəcə ödəniş vasitəsi deyil, gündəlik həyatın rahatlığını təmin edən funksional platformadır. TəhsilPlus kartı vasitəsilə təqdim etdiyimiz güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi müəllimlərimizin gündəlik həyatına real töhfə verəcək. Bu layihənin ən önəmli tərəflərindən biri isə onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür. Bizim məqsədimiz sadəcə kart təqdim etmək deyil, eyni zamanda təhsil işçiləri üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaratmaqdır”.
“Mastercard”ın Biznes inkişafı üzrə vitse-prezidenti Engin Yaşar isə qeyd edib: “Biz inanırıq ki, innovasiya maliyyə inklüzivliyi ilə paralel şəkildə inkişaf etməlidir. TəhsilPlus kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərlə gücləndirərək real və davamlı təsir yaradır. Azərbaycanda güclü tərəfdaşlıqlar vasitəsilə biz maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışı genişləndirməyə davam edirik”.
Rəsmi hissənin ardından TəhsilPlus kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim edilən güzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
-
1 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
3 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)






.jpg)




