Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
İsveçin avtomobil istehsalçısı “Volvo Cars” batareyaların həddindən artıq qızması riski səbəbindən 40 mindən çox elektrikli EX30 modelini geri çağıracağını bildirib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Reuters agentliyi məlumat yayıb.
Şirkətin açıqlamasına görə, geri çağırma kampaniyası çərçivəsində kompakt SUV modelinin yüksək gərginlikli batareya bloklarında bəzi modullar dəyişdiriləcək. Qeyd olunur ki, EX30 modeli Volvo-nun daha ucuz Çin brendləri ilə rəqabət strategiyasında əsas məhsullardan biridir. Elektrikli avtomobillərdə batareya təhlükəsizliyi isə həm istehsalçılar, həm də istehlakçılar üçün son dərəcə həssas mövzudur.
Ümumilikdə 40 323 ədəd EX30 Single-Motor Extended Range və Twin-Motor Performance versiyaları geri çağırılır. Sözügedən avtomobillərdə istifadə olunan yüksək gərginlikli detallarda qızma riski mövcuddur.
Volvo bildirib:
“Hazırda problem yaranan bütün avtomobillərin sahibləri ilə əlaqə saxlayaraq növbəti addımlar barədə məlumat veririk.”
Şirkətin səhmləri xəbərdən sonra 4% ucuzlaşıb.
Elektrikli avtomobillərin sürətlə inkişafı fonunda bir sıra istehsalçılar batareya qüsurları ilə üzləşiblər. 2020-ci ildə General Motors yanğın riski səbəbindən 140 min ədəd Chevy Bolts modelini geri çağırmış, bu proses şirkətə təxminən 2 milyard dollara başa gəlmişdi. Həmin batareyalar Cənubi Koreyanın LG Electronics şirkəti tərəfindən istehsal olunmuşdu.
Volvo-nun hazırkı problemi isə Çinin Geely şirkətinin dəstəklədiyi birgə müəssisə – Shandong Geely Sunwoda Power Battery Co. tərəfindən istehsal olunan batareyalarla bağlıdır.
Şirkət bildirib ki, təchizatçı artıq problemi aradan qaldırıb və yeni batareya detallarını təmin edəcək.
Bu hadisə Volvo-nun 1,9 milyard dollarlıq qənaət proqramı həyata keçirdiyi və ana şirkəti ilə daha dərin inteqrasiya prosesinə başladığı bir dövrə təsadüf edir. Geri çağırmanın şirkətə milyonlarla dollar əlavə xərc yaradacağı və təhlükəsizlik sahəsində formalaşmış imicinə müəyyən zərbə vuracağı ehtimal edilir.
Analitiklər hesab edirlər ki, elektrikli avtomobil bazarında artan rəqabət və istehsalın sürətləndirilməsi fonunda batareya təhlükəsizliyi məsələsi gələcəkdə də prioritet risk olaraq qalacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 11 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb










.jpg)


.jpg)









