Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
"Goldman Sachs" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT və ya OECD) ölkələrində ehtiyatlarının gözləniləndən aşağı səviyyədə qalmasını əsas gətirərək 2026-cı ilin dördüncü rübü üçün Brent və WTI üzrə qiymət proqnozlarını hər biri üzrə 6 dollar artırıb. Bank qlobal təklif profisiti ilə bağlı gözləntisini isə dəyişməyib.ABŞ-ın investisiya bankı "Goldman Sachs" 2026-cı ilin dördüncü rübünə dair neft qiyməti proqnozlarına yuxarı yönlü düzəliş edib.
Marja xəbər verir ki, bank Brent nefti üçün qiymət proqnozunu 60 dollara, West Texas Intermediate (WTI) nefti üçün isə 56 dollara yüksəldib. Hər iki neft üzrə artım 6 dollar təşkil edib.
Proqnozun dəyişdirilməsinə səbəbi kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT və ya OECD) ölkələrində neft ehtiyatlarının gözləniləndən aşağı səviyyədə olması göstərilib.
Bank İrandan qaynaqlanacaq təklif kəsintisi gözləmədiyini vurğulayıb və 2026-cı il üçün gündəlik 2,3 milyon barel həcmində qlobal təklif profisiti proqnozunu qüvvədə saxladığını bildirib.
Açıqlamada Asiyada iqtisadi artımın müəyyən qədər yavaşlayacağı gözləntisi səbəbilə həm təklif, həm də tələbat tərəfdə gündəlik 0,2 milyon barel həcmində aşağı yönlü düzəliş edildiyi qeyd olunub.
Həmçinin "Goldman Sachs" İran və ya Rusiyaya qarşı sanksiyaların yumşaldılması halında bazalarda qlobal ehtiyat artımının sürətlənə və uzunmüddətli perspektivdə təklifin arta biləcəyini qeyd edib. Bu ssenaridə Brent üçün 5 dollar, WTI üçün isə 8 dollar aşağı yönlü riskin mövcud olduğu vurğulanıb.
Hazırda beynəlxalq bazarlarda Brent nefti 71 dollar səviyyələrində ticarət olunur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma












.jpg)







.jpg)






