Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir
"Temu" daxil olmaqla bir sıra xarici onlayn ticarət saytları Azərbaycanda şirkət açmağa məcbur qalacaqlar. Əhaliyə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin (xaricdə yerləşən şirkətlərin) Azərbaycan üzrə illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.Elektron ticarətin sürətli inkişafı fonunda Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir.
Bunu Marja.az-a Dövlət Vergi Xidmətinin İdarə rəisinin müavini Günel Bəhramqızı bildirib.
Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə (əhaliyə) elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır.
Eyni zamanda, layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslandığı üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Hazırkı qanunvericiliyə əsasən, vergi bəyannamələrinin təqdim olunması və vergi ödənişləri hesabat dövründən sonrakı ayın 20-dək həyata keçirilir. Təklif olunan dəyişikliklərdə bəyannamənin təqdim edilməsi müddəti dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV-nin ödəniş müddəti hesabat dövründən sonrakı ayın sonuncu gününədək müəyyən edilir. Bu dəyişiklik beynəlxalq ödənişlərin xüsusiyyətləri nəzərə alınmaqla, texniki gecikmələrin qarşısını almaq məqsədi daşıyır.
Qanun layihəsində 6 aylıq keçid dövrünün müəyyən edilməsi rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmaq məqsədini daşıyır.
Qeyd edək ki, təklif olunan dəyişikliklər beynəlxalq təcrübəyə və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması üzrə müasir yanaşmalara uyğun həyata keçirilir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
2 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir





















