"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev: Xidmətlər bir pəncərə üzərindən olmasa, yəni “mygov” olmasa, praktik şəkildə, fərdi şəkildə olan aplikasiyalar vasitəsilə biz vətəndaşla əməli münasibətlərimizi qura bilməyəcəyik."Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz".
Marja.az xəbər verir ki, bunu Fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Prezident, "Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir -yəni vahid mərkəzdən" deyərək çıxışına belə davam edib:
"Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin".
Prezident İlham Əliyev qeyd edib ki. birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır:
"Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir.
Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır".
Müşavirədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev,"“Mygov”la bağlı Siz artıq vurğuladığınız dəstəyə görə təşəkkür edirik" deyərək bildirib:
"“Mygov” platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilmişdir. Yalnız ötən il biz təxminən 1,3 milyon yeni nadir istifadəçini “mygov”a gətirə bilmişik. Ötən ilin sonunda bu rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin yanvar ayının sonuna bu rəqəm artıq təxminən 2,5 milyondur. İstifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə “mygov” platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər bu rəqəmin təxminən beş milyona çatmasını planlaşdırırıq. Bunu nə mümkün etmişdir sualının cavabı, möhtərəm cənab Prezident, rəqəmsallaşmanın bir sənəd və bir qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına çevrilməsidir. Bir misal üzərində bunu diqqətinizə məruzə etmək istərdim. Biz həyat hadisələrini müəyyən etmişik. Hazırda təxminən 12 həyat hadisəsi üzərindən dövlətin vətəndaşla təmaslarını qurmaqdayıq. Bir məqamı vurğulamaq istərdim ki, əgər vətəndaşın övladı doğulurdusa, əvvəlcə o, tibb müəssisəsinə yaxınlaşır, hətta orada proseslər rəqəmsallaşmışdısa belə ondan arayışı alır, sonradan Ədliyyə Nazirliyinə o arayışı fiziki şəkildə təqdim edirdi. Ədliyyə Nazirliyi doğum şəhadətnaməni ona verirdi. Doğum şəhadətnaməsini götürdükdən sonra, - o da rəqəmsallaşmışdı, - vətəndaş fiziki şəkildə Dövlət Sosial Müdafiə Fonduna müraciət edirdi, ona müavinət təqdim edilirdi və bununla yanaşı, o, sənədini Daxili İşlər Nazirliyinə təqdim edərək şəxsiyyət vəsiqəsi alırdı. Bu günlər nə baş verir? Bu gün baş verən proses ondan ibarətdir ki, vətəndaşın övladı doğulduqda klinika artıq bu barədə məlumatı sistemə daxil edən kimi sistem məlumatları birbaşa Ədliyyə Nazirliyinə ötürür. Ədliyyə Nazirliyi həmin sistem vasitəsilə vətəndaşı məlumatlandırır ki, siz övladınıza ad verməyi elektron şəkildə təmin edə bilərsiniz. Hətta soyad seçimi imkanları da verir. Təbii ki, əgər o soyad bizim soyadlar siyahısında varsa. Beləliklə də bu məlumat avtomatik şəkildə, artıq proaktiv şəkildə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Müavinət vətəndaşın müraciəti olmadan müəyyən edilir, təyin edilir və onun kartına köçürülür. Beləliklə, növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması da təmin edilir. Cənab Prezident, biz həmçinin digər həyat hadisələrinə münasibətdə bəzilərini artıq tamamlamışıq, bəzilərində işlər davam edir və Sizin verdiyiniz tapşırığa uyğun olaraq mən əminəm ki, koordinasiyalı şəkildə həmkar nazirliklərlə bu prosesi daha da irəlilədə biləcəyik.
Bütün bunlarla bərabər bizim qarşımızda bəlli çağırışlar var. Siz artıq onları qeyd etdiniz, bəzi dövlət qurumlarında sənədlərin hələ də kağız formatında olması, qurumdaxili fəaliyyət hesab olunması, ümumiyyətlə, rəqəmsallaşmanın bəzi hallarda prioritetləşdirilməməsi, məlumatların pərakəndə və fərdi standartlarla saxlanılması gələcəkdə bizim üçün çox vacib olan verilənlər hövzəsinin, yəni “date lake”in yaradılmasını əngəlləyən məsələlərdəndir ki, “date lake”in və verilənlər bazasının olması bizim süni intellektdən nə qədər səmərəli istifadə edib-etməyəcəyimizi müəyyənləşdirən əsas amillərdən biridir.
Digər məsələ, artıq onu da vurğuladınız. Mən bunların üzərində dayanmaq istəməzdim. Xidmətlər bir pəncərə üzərindən olmasa, yəni “mygov” olmasa, praktik şəkildə, fərdi şəkildə olan aplikasiyalar vasitəsilə biz vətəndaşla əməli münasibətlərimizi qura bilməyəcəyik.
Digər məqamları artıq Siz vurğuladığınız üçün mən onların üzərində dayanmaq istəmirəm. Müavinlərin müəyyən edilməsi çox vacib amillərdən biridir. Sadəcə, nümunə olaraq deyim ki, biz təlimlər təşkil edərkən bəzən ayrı-ayrı müavinlər iştirak edir və bunun davamlılığını biz təmin edə bilmirik. Amma bir müavinin olduğu halda biz həm süni intellekt, həm rəqəmsal inkişaf, eyni zamanda, kibertəhlükəsizliklə bağlı onu dünyada gedən tendensiyalarla məlumatlandıra, biliklərlə təmin edə biləcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 46 d. əvvəl
-
49 d. əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
1 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
-
1 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
1 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















