Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Qlobal maliyyə dünyasının ən mötəbər nəşrlərindən sayılan “The Banker” jurnalının fəaliyyətə başlamasından 100 il ötür. Bu münasibətlə jurnalın yubiley nömrəsi buraxılıb. “Əsrin bankçılığı” sloqanı ilə işıq üzü görən jurnalda dünyanın aparıcı bankları ilə yanaşı, ABB haqqında da məqalə dərc edilib. Məqalə Bankın çevik fəaliyyət təcrübəsinə həsr olunub.

“Agile bankçılıq: maliyyə institutları yeni dövrə necə uyğunlaşa bilər?” sərlövhəli məqalədə qeyd edilir ki, rəqəmsallaşma prosesləri, artan müştəri gözləntiləri və süni intellekt reallığı ilə bağlı olaraq artıq bütün dünyada banklar öz fəaliyyətlərinə yenidən baxmaqdadırlar. Belə bir mühitdə dəyişikliklərə sürətlə uyğunlaşa bilmək banklar üçün əsas məsələdir.

ABB-nin təcrübəsi buna uğurlu nümunə sayıla bilər. Son illərdə Bank 100-dən çox rəqəmsal məhsul təqdim edib. Satış, risk idarəçiliyi, müştərilərlə kommunikasiya və s.  sahələrdə 80-dən çox süni intellekt modelinin tətbiqinə başlayıb. Bunun nəticələri isə həm əməliyyat səmərəliliyində, həm də müştəri təcrübəsində özünü göstərir. Banka yeni müştərilərin 65%-i artıq rəqəmsal kanallar vasitəsilə cəlb olunur. Bu da rəqəmsal bankçılığa keçidin güclü göstəricisidir.

Agile təcrübə sayəsində ABB məhsulun bazara çıxma müddətini 147 gündən 59 günə qədər endirib. Bankda işçi məmnunluğu 84,2-ə, müştəri məmnuniyyəti isə 76,9-a yüksəlib. Belə bir nəticə Azərbaycanın bank sektorundakı ən yüksək göstəricilərdəndir. ABB-nin əldə etdiyi bu irəliləyişlər, təşkilati çevikliyin məhsulun sürətli çatdırılmasına, komandanın güclənməsinə, yaxşı müştəri təcrübəsinin yaranmasına necə müsbət təsir göstərdiyini nümayiş etdirir.

Əsl çeviklik texnologiyadan da çox, düşüncə tərzi və davranışlarla bağlıdır. ABB məhz buna nail olaraq xidmətlərini rəqəmsal ekosistemlərə daxil edə bilib.

“The Financial Times” qrupuna aid olan “The Banker” jurnalı 1926-cı ildən nəşr edilir. Baş  ofisi Londonda yerləşir. Jurnal bütün dünyada yayılır. Onun əsas oxucu auditoriyası bank və maliyyə qurumlarının, tanınmış şirkətlərin menecerləri, beynəlxalq kapital bazarlarının fəal iştirakçılarıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

10.02.2026 10:42

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18