Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tesla şirkəti ABŞ bazarında ən çox satılan modeli olan Model Y-nin yeni dörd təkəri çəkən (AWD) versiyanı satışa çıxarıb.

Marja xəbər verir ki, Şirkətin internet saytında yer alan məlumata görə, yeni Model Y AWD-nin başlanğıc qiyməti 41 min 990 dollar olaraq müəyyənləşdirilib.

Reklam_3_11

Yeni AWD variantı, daha münasib qiymətli arxa ötürücülü standard Model Y-nin üzərində hazırlanıb. Bununla da Tesla Model Y ailəsində həm qiymət, həm də təchizat baxımından daha geniş bir spektrə xitab etməyi hədəfləyir.

Bu addım, Tesla-nın ötən oktyabr ayında Model Y və Model 3-ün bazara çıxardığı daha ucuz “Standard” təchizatlarından sonra atılıb. Təxminən 5 min dollar daha aşağı qiymətlə təklif olunan bu versiyalar Tesla-nın 2026 strategiyasının mühüm hissəsi kimi qiymətləndirilir. Şirkət qiymətlərini aşağı salaraq büdcəyə daha həssas alıcıları hədəfləyir.

Qlobal elektrikli avtomobil bazarı Donald Tramp administrasiyasının sentyabr ayında 7500 dollarlıq federal vergi təşviqlərini dayandırmasından sonra zəifləyib. Bu mühitdə Tesla həm ABŞ-da, həm də qlobal miqyasda artan rəqabətlə üz-üzədir.

Analitiklər daha münasib qiymətli modellərin satışdakı payının artmasının Tesla-nın marjaları üzərində təzyiq yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Bu təsirin balanslaşdırılması üçün istehsal xərclərinin azaldılması və ya proqram təminatı və xidmət gəlirlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanır.

Digər tərəfdən, Tesla-nın baş icraçı direktoru İlon Mask ötən həftə verdiyi açıqlamada Model S və Model X sedanlarının istehsalının dayandırılacağını bildirib. 

03.02.2026 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18