Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Tesla-nın Avropada itkiləri davam edir. Tesla-nın Fransadakı satışları son üç ilin ən aşağı səviyyəsinə enib, Norveçdə isə kəskin geriləmə qeydə alınıb. Bu vəziyyət qismən İlon Maskın fəaliyyəti ilə bağlı reaksiyaları əks etdirməklə yanaşı, Tesla-nın Avropada yerli rəqiblər və Çinli istehsalçılar tərəfindən artan rəqabətlə üzləşməsi ilə də bağlıdır.Tesla Inc. şirətinin Avropadakı satışlarındakı eniş yeni ildə də davam edib. Regionun aparıcı iki elektrikli avtomobil (elektromobil) bazarında dövlət qeydiyatına alınmış Telsa elektromobillərinin sayı əhəmiyyətli dərəcədə azalıb.
Marja.az Fransa Avtomobil Platformasının (PFA) məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayında Fransada dövlət qetdiyyatına alınmış Tesla avtomobillərinin sayı illik müqayisədə 42% azalaraq 661 ədəd olub. Bu, 2022-ci ilin iyul ayından bəri qeydə alınan ən kəskin azalmadır.
Norveçdə isə yanvar ayında dövlət qeydiyyatına alnış Tesla elektromobillərinin sayı 88% azalıb.
2025-ci ildə Tesla-ya tələbat Avropanın böyük hissəsində zəifləyib. Bunun səbəblərindən biri də İlon Maskın Tramp administrasiyası üçün apardığı fəaliyyətlər və Almaniya və Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrdə sağçı fiqurlara verdiyi dəstək olub.
Digər tərəfdən, Tesla Avropada həm Volkswagen AG və Stellantis NV-nin rəhbərlik etdiyi yerli istehsalçılarla, həm də BYD Co. daxil olmaqla Çinli avtomobil istehsalçıları ilə daha sərt rəqabət aparır.
Fransa ötən il Avropada dövlət qeydiyyatına alınmış elektrikli avtomobil sayına görə Almaniya və Böyük Britaniyadan sonra üçüncü ən böyük bazar olub. Yanvar ayında Tesla ölkədə Volkswagen AG-nin Cupra və ya Stellantis NV-nin Jeep markalarından daha az avtomobil satıb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2025-ci ildə Avropa üzrə Tesla-nın satışları 27% azalarkən, ümumilikdə batareyalı elektrikli avtomobillərin qeydiyyatları 30% artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 38 d. əvvəl
- 54 d. əvvəl
-
55 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol




.jpg)








.jpg)






