Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
(®) Ziraat Bank Azərbaycan müştərilərinə premium üstünlüklər və daha rahat bankçılıq təcrübəsi təqdim edən yeni Bankkart Prestij kartını istifadəyə verib. Mastercard Black Edition statusuna malik olan bu kart, sahiblərinə həm gündəlik maliyyə əməliyyatlarında rahatlıq, həm də səyahətlər zamanı yüksək səviyyəli komfort və eksklüziv imtiyazlar qazandırır.
Bankkart Prestij geniş üstünlüklər paketi ilə premium həyat tərzini dəyərləndirən müştərilər üçün ideal bank kartıdır.
Yeni Bankkart Prestij müştərilərə həm kredit, həm də debet kart funksionallığını bir kartda birləşdirərək maksimum rahatlıq yaradır. Kartdan həm ölkə daxilində, həm də xaricdə sürətli və təhlükəsiz ödənişlər etmək mümkündür.
Bankkart Prestij sahibləri aşağıdakı üstünlüklərdən yararlanırlar:
Premium Səyahət Üstünlükləri
• Fast Track xidməti – hava limanlarında vaxt itirmədən sürətli keçid
• Dünyanın bir çox hava limanlarındakı Biznes Lounge zallarına pulsuz giriş
• Hava limanına və ya hava limanından ödənişsiz transfer xidməti
• Səyahət sığortası – səyahətləriniz daha təhlükəsiz olsun
• Rouminq xidməti – səyahətdə fasiləsiz əlaqə
Rahatlıq və 24/7 dəstək
• Onlayn Çatbot və Konsyerj xidməti – istənilən vaxt suallarınıza operativ cavab;
Maliyyə üstünlükləri
• Həm kredit, həm də debet kartı TƏK kartda
• 40 günədək güzəşt müddəti
• Restoran və mağazalarda endirimlər və keşbeklər
Kartı əldə etmək istəyən müştərilər şəxsiyyət vəsiqəsi ilə Ziraat Bank Azərbaycan filiallarına yaxınlaşıb, sifariş edə bilərlər. Mastercard Black Edition statusuna malik Bankkart Prestij 1, 3 və 5 illik müddətə təqdim olunur.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, LinkedIn, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
8 d. əvvəl
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
- 21 d. əvvəl
-
37 d. əvvəl
Faktorinq, lizinq və lombard şirkəti 14 faizlə 5 milyon manat borc alır -ŞƏRTLƏR
-
58 d. əvvəl
Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
-
3 saat əvvəl
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
Ən çox oxunanlar
Yanvarın 28-də gözlənilən hava şəraiti
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
Polipropilen və laminatlı kisə müəssisəsinin təməli qoyuldu - 11,2 milyon manat yatırılacaq, 140 iş yeri yaradılacaq
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik






















