Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
2025-ci ilin sonunda "Yelo Bank" ASC-nin cəmi aktivləri 1 milyard 515 milyon 246 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonundakı 1 milyard 279 milyon 638 min manatla müqayisədə 235 milyon 608 min manat və ya 18,4 faiz artım deməkdir. Marja xəbər verir ki, aktivlərin artımı bankın bazar payını genişləndirdiyini və balans ölçüsünü böyütdüyünü göstərir.
Kredit portfeli: bütün istiqamətlər üzrə artım
2025-ci ilin sonunda kredit portfeli 1 milyard 89 milyon 71 min manata çatıb ki, bu da 2024-cü ildəki 935 milyon 90 min manatla müqayisədə 153 milyon 981 min manat və ya 16,5 faiz artım deməkdir. Kredit artımı bankın əsas gəlir mənbəyini gücləndirməklə yanaşı, gələcək faiz gəlirlərinin artımı üçün baza yaradır.
2025-ci ilin sonuna Yelo Bankın istehlak kreditləri portfeli 317 milyon 394 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonundakı 263 milyon 578 min manatla müqayisədə 53 milyon 816 min manat və ya 20,4 faiz artım deməkdir. Sözügedən dinamika bankın pərakəndə kreditləşmə üzrə aktivliyinin yüksəldiyini və əhali seqmentində maliyyələşmənin genişləndirildiyini göstərir.
Hesabat dövrünün sonunda bankın biznes kreditləri portfeli 673 milyon 587 min manata çatıb. Bu göstərici 2024-cü ilin sonundakı 587 milyon 243 min manatla müqayisədə 86 milyon 344 min manat və ya 14,7 faiz artım deməkdir. Biznes kreditlərindəki artım Yelo Bankın real sektorun maliyyələşdirilməsində mövqelərini gücləndirdiyini və sahibkarlıq subyektlərinə kredit dəstəyini artırdığını əks etdirir.
Daşınmaz əmlak (ipoteka) kreditləri portfeli isə 2025-ci ilin sonuna 98 milyon 90 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonundakı 84 milyon 268 min manatla müqayisədə 13 milyon 822 min manat və ya 16,4 faiz artım anlamına gəlir. İpoteka portfelindəki yüksəliş bankın uzunmüddətli kreditləşmə alətlərinə marağın artmasından faydalandığını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)







