Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Bir" ekosistemində yeni təyinatlar

Yeni strateji idarəetmə dövrü başlayır. “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynova Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bir" ekosistemində yeni təyinatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəmə şirkəti – “PAŞA Maliyyə Holding”-i fəaliyyətə başlayıb. Bu strateji addımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi də yeni holdinqin tərkibinə daxil edilib və  idarəetmə strukturunda mühüm təyinatlar həyata keçirilib. 

Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Baş İcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçı direktoru Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davam etdirəcək. 

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub. Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən Kapital Bank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.   

Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Bir ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. O, eyni zamanda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun 1-ci müavini vəzifəsinə də təyinat alıb. Qeyd edək ki, Cavid Mirzəyev daha öncə Kapital Bank-ın Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsini icra edirdi.   

Bir ekosisteminin daxilində yaradılan Ödənişlər Biznesinin rəhbərliyi isəCəlal Orucova həvalə olunub. Həmçinin, Ödənişlər Biznesinin istiqamətlərindən olan, ölkənin ən iri elektron pul təşkilatlarından biri “m10” və “MilliÖn” platformalarını birləşdirən PashaPay MMC-nin rəhbərliyində də dəyişiklik edilib. Belə ki, Pünhan Nərimanov PashaPay MMC-nin İcraçı direktoru təyin olunub.

Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə rəhbərlik edib.

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10, MilliÖn və Bir Bonus brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

PAŞA Holding PAŞA Maliyyə Holding Bir ekosistemi yeni strateji idarəetmə dövrü Fərid Məmmədov Fərid Hüseynov Cavid Mirzəyev Cəlal Orucov PashaPay MMC Pünhan Nərimanov Birmarket Samir Məmmədov Birbank m10 MilliÖn Bir Bonus Trendyol Azərbaycan BakıKart QR ödənişlər kreditli alış-veriş taksit kartları vahid bonus proqramı vahid giriş vahid ödəniş platforması vahid kredit platforması inteqrasiya edilmiş ekosistem rəqəmsal ekosistem tam inteqrasiyalı ekosistem Qafqazın ilk rəqəmsal ekosistemi fintech elektron ticarət platforması ödənişlər biznesi strateji rəhbərlik idarəetmə strukturu bank sektoru maliyyə holdingi “Kapital Bank” ASC müşahidə şura sədri idarə heyəti sədri baş icraçı direktor ekosistem yenilikləri müştəri təcrübəsi müştəri xidmətləri təhlükəsiz xidmət rahat xidmət sərfəli xidmət
21.01.2026 17:51

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18