İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclasında Agentlik tərəfindən görülmüş işlər və 2026-cı ildə nəzərdə tutulan məsələlər müzakirə olunub.İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Marja xəbər verir ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Qeyd olunub ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.
İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























