Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
(®) İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş “MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub. “Smart Nation” ilə birgə həyata keçirilən “MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub.
Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara əldə etdikləri bilikləri dərhal tətbiq etmək imkanı yaradıb.
Təlimin sonunda gələcəyin texnoloji influenserlər sosial media üçün məzmun quruluşu yaratmaq, rəqəmsal auditoriya ilə effektiv ünsiyyət qurmaq, trend analizləri aparmaq və mobil kontent istehsalında innovativ metodlardan istifadə etmək bacarıqlarını inkişaf etdiriblər.
Bu təşəbbüs Bakcell-in Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına, innovasiya və texnologiya ekosisteminin gücləndirilməsinə yönəlmiş davamlı və strateji fəaliyyətlərinin növbəti uğurlu nümunəsidir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








