Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovaya qadın məşğulluğunun artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim edilib. Rəna Məmmədova: "Azərbaycanda qadın əməkdaşlarımızın istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş təmsil olunmasına nail olmaqdan qürur duyuruq".Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan “Türk Sahibkar Qadınlarının Gücü Müsabiqəsi”ndə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədova nüfuzlu mükafata layiq görülüb.
Müsabiqəni Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), TOBB Qadın Sahibkarlar Şurası və Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) təşkil edir və türkdilli ölkələrdə qadın sahibkarlığı, həmçinin liderliyinin inkişafına töhfə verən şirkətlərin və sahibkar qadınların təltif edilməsini hədəfləyir. Bu müsabiqə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə elan edilib.
Tədbirdə öncə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın qadın sahibkarlıq təşkilatlarının rəhbərləri uğurlu fəaliyyətlərinə görə Türkdilli Dövlətlər Təşkilatı və Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) tərəfindən mükafatlandırılıb. Bu mükafatı Azərbaycanda qadın sahibkarlığını təmsil edən AQSİA-nın İdarə Heyətinin sədri Səkina Babayeva qəbul edib.
“Azerbaijan Coca-Cola Bottlers” şirkəti isə qadınların inkişafı və məşğulluğunun artırılması sahəsində həyata keçirdiyi uğurlu fəaliyyətə görə müsabiqənin “Qadın məşğulluğunda ən çox artım göstərən şirkət” nominasiyasının qalibi seçilib.
Rəsmi mərasimdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Rəna Məmmədovaya qadın məşğulluğunun artırılması istiqamətində həyata keçirilən davamlı layihələrə görə xüsusi mükafat təqdim edilib. Rəna Məmmədovaya mükafatı TOBB sədri Rıfat Hisarcıklıoğlu və Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev təqdim edib.
Rəna Məmmədova şirkətin bu mükafata layiq görülməsindən öz məmnunluğunu bildirib və qadınların inkişafının şirkətin prioritetlərindən olduğunu vurğulayıb:
“Coca-Cola sistemində qadınların inkişafını dəstəkləmək bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də biznesin davamlı inkişafı üçün əsas şərtdir. Azərbaycanda qadın əməkdaşlarımızın istehsaldan tutmuş idarəetməyə qədər bütün sahələrdə daha geniş təmsil olunmasına nail olmaqdan qürur duyuruq. Bu mükafat isə gördüyümüz işin Türk Dünyası səviyyəsində tanınmasıdır” .
Qeyd edək ki, “Azerbaijan Coca-Cola Bottlers” Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq fəaliyyət göstərir. Anadolu Group-un bir hissəsi olan ‘Coca-Cola İçecek’ (CCİ) 2023-cü ildən bəri ardıcıl olaraq 3 ildir ki, qadın və kişi əməkdaşları arasında bərabərliyin təmin edilməsində yüksək standartları qoruduğuna görə nüfuzlu beynəlxalq ‘Bərabər Əməkhaqqı Sertifikatı’na layiq görülür.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edir. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)






.jpg)





