Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir
Mobillik sahəsində on ildən artıq qlobal təcrübəyə malik Mastercard nəqliyyat ödənişləri üçün yeni standartlar müəyyən edir. Şirkətin açıq dövrəli həlləri artıq dünyanın 300-dən çox şəhərində tətbiq olunub və şəbəkə sürətlə genişlənir. Bu sistemin əsas məqsədi — şəhər mobilliyini daha rahat, əlçatan və səmərəli etməkdir. Bakı da bu modernləşmənin növbəti mərhələsinə doğru addımlayır. Şəhər ictimai nəqliyyatı açıq dövrəli ödəniş qəbuluna hazırlaşır ki, bu da sərnişinlərin Mastercard kartları və mobil cihazları ilə rahat şəkildə ödəniş etməsinə imkan verəcək. Bakıda ictimai nəqliyyatda kartla ödənişlərin tətbiqi metro stansiyalarından başlanıb və növbəti mərhələdə avtobusları da əhatə edəcəyi gözlənilir.(®) Mastercard Azərbaycan ictimai nəqliyyat sisteminin open-loop ödənişlər üçün transformasiyasına başlanılması fonunda şəhər mobilliyinin gələcəyinin formalaşdırılmasına töhfə verir. Bakı metropolitenində kartla ödənişlərin istifadəyə verilməsi ilə şəhər qlobal miqyasda tanınan fasiləsiz və ağıllı mobillik modelinə doğru mühüm addım atır.
Mastercard mobillik sahəsində innovasiyalar üzrə on ildən artıq qlobal təcrübəyə malikdir. Şirkətin open-loop ödəniş sistemləri hazırda dünyanın 300-dən çox şəhərində, o cümlədən İstanbul, London, Amsterdam, Sinqapur, Nyu-York, Sidney və Milanda fəaliyyət göstərir. Bu sistemləri birləşdirən əsas məqsəd — şəhərlər üzrə hərəkəti maksimum sadə və rahat etməkdir.
Açıq dövrəli (Open Loop)sistemin üstünlükləri
Ənənəvi qapalı dövrəli sistemlərdə sərnişinlər ayrıca nəqliyyat kartı almalı və onu mütəmadi olaraq balansla doldurmalıdır. Açıq dövrəli model isə istifadəçilərə öz mövcud debet və ya kredit kartlarından, telefonlarından və ya geyilə bilən cihazlarından rahatlıqla istifadə etməyə imkan verir. Əlavə kart almağa ehtiyac yoxdur; sadəcə kartı və ya telefonu validatora yaxınlaşdırmaq kifayətdir. Bu, vaxt itkisinin və vəsait itirmək riskinin qarşısını alır, həm yerli sərnişinlər, həm də şəhərə gələn turistlər üçün prosesi maksimum sadələşdirir.
Qlobal təsir və uğurlu nümunələr
Mastercard-ın açıq dövrəli həlləri artıq dünyanın bir çox aparıcı şəhərlərində səmərəni artırıb:
• London — təmassız ödənişlərin dominant üsula çevrildiyi ilk şəhərlərdən biri; gündəlik milyonlarla əməliyyat və azalan idarəetmə xərcləri.
• Hollandiya — ölkə üzrə vahid açıq sistem sayəsində sərnişinlər qatar, avtobus və tramvayda eyni kartdan istifadə edə bilir.
• Sinqapur — Yerüstü Nəqliyyat İdarəsinin Mastercard ilə əməkdaşlığı bütün əsas nəqliyyat növlərində rahat ödəniş imkanları yaradıb.
• Türkiyə — son illərdə kartla nəqliyyat ödənişlərinin genişlənməsi təmassız əməliyyatların artımına mühüm töhfə verib.
Nyu-York, Sidney və Milan kimi şəhərlər də açıq dövrəli ödəniş sistemlərini inteqrasiya edərək həm şəhərlərin əməliyyat xərclərini optimallaşdırıb, həm də sərnişin təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirib.
Şəhər mobilliyinin gələcəyi
Mastercard ödəniş texnologiyaları və şəhər inkişafı arasında körpü rolunu oynayaraq daha ağıllı, davamlı və əlaqəli mobillik ekosisteminin qurulmasına dəstək verir. Rəqəmsal ödənişlər nəqliyyat sistemlərində nağd dövriyyəni azaldır, prosesləri avtomatlaşdırır, fırıldaqçılıq risklərini minimuma endirir və sərnişinlər üçün daha yüksək rahatlıq təmin edir.
Mastercard haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadi inkişafı dəstəkləyən, təhlükəsiz, sadə və ağıllı rəqəmsal ödənişlər təqdim edən qlobal texnologiya şirkətidir. Şirkətin innovasiyaları, tərəfdaşlıqları və şəbəkələri insanlar, bizneslər və hökumətlər üçün daha böyük imkanlar yaradır.
www.mastercard.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)





.jpg)


