“OPEC plus”un qərarından sonra neft bahalaşır
Neft, OPEC+ ölkələrinin 2026-cı ilin ilk rübündə hasilatın artırılmasının dayandırılmasıplanına sadiq qalacağını təsdiqləməsinin ardından yüksəlib.
Marja xəbər verir ki, neft qiymətləri, OPEC+-ın ilk rübdə hasilat artımlarını dayandırmaq qərarına sadiq qalacağını təsdiqləməsindən sonra artmağa başlayıb. Bu vaxt investorlar ABŞ Prezidenti Donald Trampın Venesuelaya dair açıqlamalarının mümkün təsirlərini qiymətləndirirlər.
Həmçinin Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi barədə qərar qəbul edilib.
Bakı vaxtı ilə saat 09:00-da Brent markalı neftin qiyməti bir barel 1,7% bahalaşma ilə 63,48 dollar səviyyəsində, ABŞ xam nefti (WTI) isə 1,9% bahalaşma ilə 59,60 dollar ətrafında ticarət olunub.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qrup, bazar günü keçirilən görüşlərdən sonra, ötən ay ilk dəfə elan olunan üç aylıq fasiləni yenidən təsdiqləyib. OPEC+ bu addımın daha zəif mövsümi bazar şərtlərini əks etdirdiyini bir daha bildirib.
Neft qiymətləri noyabr ayında da, artan təklif profisitilə əlaqədar olaraq düşüb. Beynəlxalq Enerji Agentliyi (IEA) 2026-cı ildə rekord səviyyədə təklif artıqlığı proqnozlaşdırır. Bununla belə, Yaxın Şərq və digər regionlardakı geosiyasi gərginliklər bu il qiymətləri tez-tez dəstəkləyib.
Şənbə günü Tramp, hava yolu şirkətlərini Venesuela üzərində və ətrafındakı hava məkanının bağlı olduğunu nəzərə almağa çağıraraq ölkəyə təzyiqi artırıb; lakin bazar günü bu açıqlamalarını yumşaldıb. Buna baxmayaraq, bölgədə ABŞ qüvvələrinin toplanması bazarda narahatlıq yaratmağa davam edir.
Yeri düşmüşkən ABŞ və Ukrayna nümayəndələri mümkün sülh razılaşmasına dair çərçivə mövzusunda səmərəli görüşlər keçirdiklərini bildiriblər. Ehtimal olunan atəşkəs Moskva üzərindəki sanksiyaların yüngülləşməsinə və Rusiyadan daha çox neft axınına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






