İdarə Heyətinə seçkilərin vaxtı dəyişdirilib
Sentyabrın 20-nə planlaşdırılan Caspian European Club-un İdarə Heyərinə əsas seçkilərin vaxtı dəyişdirilərək oktyabrın 18-nə keçirilib.
Bu barədə Caspian Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsinin səbəbi namizədlərin böyük hissəsinin http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytındakı seçkiqabağı səsvermədə tələb olunan sayda səs toplamamasıdır.
“Seçkilərin vaxtının dəyişdirilməsi yalnız Caspian European Club üzvlərinin deyil, həmçinin bu və ya digər namizədə rəğbət bəsləyən digər internet istifadəçilərinin də iştirak edə biləcəkləri seçkiqabağı səsvermənin şəffaflığını bir daha nümayiş etdirir. Əsas seçkilərə isə yalnız Caspian European Club-un üzvləri qatıla biləcəklər”, - deyə Telman Əliyev qeyd edib.
“Seçkilər turzim sektoruna həsr olunmuş və Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə keçiriləcək Caspian Energy Forum-un xüsusi sessiyası (Caspian Energy Tourism Forum) çərçivəsində baş tutacaq. Seçkilərin nəticələri elə həmin günün ikinci yarısında - oktyabrın 18-də saat 15:00-da Caspian European Club və Caspian American Club çərçivəsində “Vergi Məcəlləsinsə dəyişikliklər” mövzusunda Barattson School of Business and Finance tədris mərkəzinin sədri Azər Qəmbərovun keçirəcəyi seminarda açıqlanacaq”, - deyə o bildirib.
Yuxarıda qeyd olunan tədbirlərə bu link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: http://www.caspianenergy.org/index.php/registration
Telman Əliyev xatırladıb ki, əsas seçkilərdən əvvəl 2017-ci il mayın 17-dən etibarən ilkin səsvermələr təşkil olunmaqdadır. Qeydiyyatdan keçmiş istənilən istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər.
“Namizəd əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün 1000-dən çox səs toplamalıdır”, - deyə Telman Əliyev əlavə edib və bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.
“www.caspianenergy.tvsaytında Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə namizədlərin video müraciətləri yerləşdirilib”, - deyə o çıxışına yekun vurub.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






