Google, Nvidia-ya rəqib olur
"The Information" nəşri Meta Platforms-un Google-ın süni intellekt çiplərinə milyardlarla dollar sərmayə barədə danışıqlar apardığı barədə xəbər yayıb. Xəbər yayıldıqdan sonra Nvidia səhm qiymətləri düşüb.
Xəbərə görə, Meta 2027-ci ildə məlumat mərkəzlərində tensor emal vahidləri (TPU) adlanan çipləri istifadə etmək üçün danışıqlar aparır. Xəbərdə həmçinin bildirilir ki, gələn il Meta Google-ın bulud bölməsindən çipləri kirayələyə bilər. Bu, Nvidia-nın çip sektorunda Google tərəfindən güclü rəqabətlə üzləşə biləcəyini göstərir.
Xəbərdən sonra Google-ın sahibi Alphabet Inc.-in səhm qiymətləri gec saatlardakı əməliyyatlarda 2,7% artarkən, Nvidia səhmlərinin qiymətləri eyni nisbətdə dəyər itirib. Mümkün bir razılaşma TPU-ların Nvidia çiplərinə alternativ kimi qəbul edilməsinə kömək edəcək.
Nvidia-nın çipləri hazırda Meta-dan OpenAI-ə qədər süni intellekt platformalarını inkişaf etdirmək və işlətmək üçün hesablama gücünə ehtiyacı olan böyük texnologiya şirkətləri üçün qızıl standart kimi qiymətləndirilir.
Google daha əvvəl Anthropic PBC-yə 1 milyon ədədə qədər çip təmin etmək üçün razılaşma imzalamışdı. Buna baxmayaraq, Nvidia bazarda dominant mövqeyini qoruyur. Anthropic razılaşması açıqlanandan sonra, Seaport analisti Jay Goldberg bunun TPU-lar üçün “həqiqətən güclü bir təsdiq” olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







