"Getir Yemek" "Uber Eats"ə satılıb
"Getir"in Birləşmiş ərəb Əmirliklərindən (BƏƏ) olan əsas səhmdarı "Mubadala" investisiya fondu, ötən ay "Getir Araç"ın satışını tamamlamasından sonra qrup şirkətlərindən çıxmaq strategiyası çərçivəsində "Getir Yemək"in ABŞ şirkəti "Uber Eats"ə satışı üçün razılığa gəlib.
Marja.az xəbər verir ki, satışın detalları gizli saxlanılır, proses isə Türkiyənin Rəqabət Qurumunun araşdırmasındadır.
Reuters-ın xəbərinə görə, razılaşmanın həcmi və şərtləri barədə məlumat verilməyib və yekun qərarın Rəqabət Qurumunun araşdırmasının ardından məlum olacağı bildirilib. Mənbələrdən biri deyib: “Getir Yemək"in "Uber Eats"ə satışıilə bağlı tərəflər razılaşıb və sənədlər yekun təsdiq üçün Rəqabət Qurumuna göndərilib.”
"Uber" və "Mubadala" Reuters-in suallarını cavablandırmayıb. Rəqabət Qurumundan da hələlik rəsmi açıqlama yoxdur.
"Uber"in Türkiyə strategiyası güclənir
"Uber" may ayında "Trendyol GO"nun 85%-ni 700 milyon dollara almaq barədə "Trendyol Qrup"u ilə razılığa gəlmişdir. Bu addımdan sonra "Uber Eats"in bir sıra önəmli funksiyalarının da Türkiyədə istifadəyə veriləcəyi elan olunmuşdu.
"Getir Yemək"in satın alınması tamamlanarsa, "Uber Eats" Türkiyənin ən tanınmış iki yemək çatdırılma platformasını öz tərkibinə birləşdirmiş olacaq. Sektorun digər böyük oyunçusu "Yemeksepeti" isə hələ də Almaniyanın "Delivery Hero" şirkətininnəzdində fəaliyyət göstərir.
"Mubadala" "Geti"dən mərhələli şəkildə çıxır
BƏƏ-nin investisiya fondu "Mubadala", əsas səhmdarı olduğu "Getir"in Türkiyə əməliyyatlarında yenidənqurma addımlarını sürətləndirir.
Ötən ay "Getir Araç"ın "Tiktak"a satışı tam olaraq tamamlanıb, "Getir Finans" üçün isə potensial alıcılarla danışıqların aparıldığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)






