“Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər” - Zelenskiy Trampın sülh planına dair danışdı
Ukrayna Prezidenti Volodimir Zelenskiy sosial şəbəkədə paylaşdığı videomesajda Ukrayna xalqına müraciət edərək ABŞ-ın Rusiya ilə müharibəyə son vermək üçün hazırladığı “sülh planı” barədə fikirlərini bölüşüb.
Marja xəbər verir ki, planın 28 maddədən ibarət olduğunu diqqətə çatdıran Zelenskiy belə deyib:
“İndi Ukrayna çox çətin bir seçimlə üz-üzə qala bilər. Ya öz şərəfini itirmək, ya da əsas tərəfdaşlardan birini itirmək riski var.”
Bu planın Ukrayna üçün “ağır” şərtlər ehtiva etdiyini bildirən Zelenskiy əlavə edib:
“Ya ağır 28 maddə, ya da olduqca ağır bir qış. İndiyə qədərki ən çətin qış və daha çox risk qəbul etmək məcburiyyəti. Azadlıq, şərəf və ədalət olmadan bir həyat və daha əvvəl iki dəfə cəhd etmiş birinə güvənmək.”
Zelenskiy, üzərində işləməyə davam edəcəklərini deyərək belə bildirib:
“Qarşıdakı həftə asan olmayacaq və olduqca gərgin keçəcək.”
Daha əvvəlki çıxışında isə Zelenskiy belə demişdi:
“Planın ən azı iki maddəsinin göz ardı edilməməsi üçün 7/24 mübarizə aparacağam. Ukraynalıların şərəfi və azadlığı üçün. Çünki hər şeyin təməlində bunlar dayanır — suverenliyimiz, müstəqilliyimiz, torpağımız, xalqımız və Ukraynanın gələcəyi.”
O, “Biz poladdanıq, amma heç bir metal — ən güclüsü belə — bu təzyiqlərə davam gətirə bilməz” sözləri ilə 2019-cu ildə ölkənin ərazi bütövlüyünü müdafiə etməyə and içdiyini vurğulayıb.
Zelenskiy ABŞ-a planla bağlı alternativ təkliflər verəcəklərini qeyd edərək deyib:
“Hər gün dediyim sözlərə sadiq qalıram. Heç vaxt onlara xəyanət etməyəcəyəm. Ukraynanın milli maraqları nəzərə alınmalıdır. Biz şişirdilmiş açıqlamalar vermirik. ABŞ və bütün tərəfdaşlarımızla sakit şəkildə işləyəcəyik. Əsaslandırmalarımı təqdim edəcəyəm, inandıracağam, alternativlər təklif edəcəyəm, amma Rusiyanın "Ukrayna sülh istəmir, prosesi ləngidir, diplomatiyaya hazır deyil" deməsi üçün heç bir əsas verməyəcəyik. Bu baş verməyəcək.”
Zelenskiy Ukraynanın təxminən 4 ildir özünü müdafiə etdiyini qeyd edərək deyib:
“Min kilometrlərlə uzanan cəbhə xəttini qoruyuruq və xalqımız hər gecə top atəşlərinə, raket hücumlarına, ballistik raket zərbələrinə və PUA hücumlarına məruz qalır.”
Prezident xalqı birlik və həmrəyliyə çağırıb.
ABŞ-ın yeni diplomatik planı
Ukrayna Prezident Administrasiyasının dünən yaydığı açıqlamada ABŞ-ın Zelenskiyə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik prosesi gücləndirə biləcək bir plan təqdim etdiyi bildirilib.
Açıqlamada belə deyilir:
“Ukrayna Prezidenti ABŞ tərəfindən göndərilən layihə planını rəsmi olaraq qəbul edib. ABŞ tərəfi bu planın diplomatiyanı intensivləşdirə biləcəyini bildirir.”
Zelenskinin yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp ilə bu məsələnin müzakirəsi üçün görüşə biləcəyi də qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)










