Nvidia güclü nəticə ortaya qoydu, səhmləri daha da bahalaşdı
Nvidia-nın gəlirləri gözləntiləri üstələyərək illik müqayisədə 62% artıb və 57,01 milyard dollara çatıb. Şirkət dördüncü rüb üçün də gözləniləndən daha yüksək satış proqnozu açıqlayaraq investorların AI sahəsinə yatırımları davam etdirmək üçün axtardığı inamı təmin edib. Şirkətin səhmləri ABŞ bazarlarında ticarət başlamazdan əvvəl 5% bahalaşıb.ABŞ-ın çip istehsalçısı Nvidia, 2025-ci ilin 3-cü rüb maliyyə hesabatını açıqlayıb.
Nvidia maliyyə nəticələri ilə bazar gözləntilərini nəzərəçarpan dərəcədə üstələyərək investorların etimadını daha da gücləndirib. Həm gəlir, həm də mənfəət göstəricilərinin proqnozlardan yüksək olması şirkətin səhmlərinin ABŞ birjalarında bağlanışdan sonrakı ticarətdə bahalaşamasına səbəb olub.
Marja xəbər verir ki, Nvidia-nın hər səhm üzrə mənfəəti 1,3 dollar olaraq açıqlanıb və 1,25 dollarlıq bazar gözləntisini geridə qoyub.
Şirkətin rüblük gəliri 57,01 milyard dollar təşkil edərək, 55,19 milyard dollarlıq proqnozu üstələyib və güclü nəticə ortaya qoyub.
Rübdə ən diqqətçəkən göstərici olan data mərkəzi gəlirləri, analitiklərin 49,34 milyard dollarlıq gözləntisini aşaraq 51,2 milyard dollara çatıb.
Nvidia 4-cü rüb üçün də nikbin proqnoz təqdim edib. Şirkət bildirib ki, növbəti rübün gəlirinin təxminən 65 milyard dollar olacağı gözlənilir və bu proqnoz +/- 2% dəyişiklik payı ilə hesablanıb.
Nəticələrdən sonra Nvidia səhmləri ticarətdə 5%-dən çox yüksəlib.
Səhmlər adi ticarət gününü 2,85% artımla 186,5 dollar səviyyəsində başa vurub.
Cümə axşamı günü qlobal texnologiya səhmləri də Nvidia-nın güclü maliyyə nəticələri ilə dəstəklənərək yüksəlişə keçib. Nvidia-nın gəlirləri gözləntiləri üstələyərək illik müqayisədə 62% artıb və 57,01 milyard dollara çatıb. Şirkət dördüncü rüb üçün də gözləniləndən daha yüksək satış proqnozu açıqlayaraq investorların AI sahəsinə yatırımları davam etdirmək üçün axtardığı inamı təmin edib. Şirkətin səhmləri ABŞ bazarlarında ticarət başlamazdan əvvəl 5% bahalaşıb.
Avropa bazarları
Niderlandın çip istehsalçıları BESI və ASMI səhmləri müvafiq olaraq 3% və 2% bahalaşıb.
Çip avadanlıqları istehsalçısı ASML isə 2,1% artıb
Asiya bazarları
Samsung Electronics — +3,5%
Hon Hai Precision Industry (Foxconn) — +3,3%
ABŞ bazarı (premarket)
Investorlar Nvidia-nın uğurundan sonra digər AI və çip istehsalçılarına da hücum ediblər:
AMD +5%
Arm +4%
Micron Technology +2,7%
Marvell Technology +3,3%
Broadcom +3,1%
Intel +2%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


