Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib
Azərbaycanda meyvə bağları üzrə ən böyük aqrar sığorta ödənişi edilib. Belə ki, Azərbaycanda meyvənin keyfiyyət itkisi üzrə 321 min manat sığorta ödənişi edilib25-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib.
Mrja xəbər verir ki, Tərtər rayonun Kəbirli kəndində yerləşən "Aqropat" MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib.
Qeyd edək ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Aqrar sığorta Qaydaları"nda nəzərdə tutulur.
Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması, onun əmtəə görünüşünün korlanması, nəticədə faktiki olaraq satış imkanlarının və dəyərinin aşağı düşməsi deməkdir.
Tərtər rayonun Kəbirli kəndində yerləşən meyvə bağında dolu hadisəsi barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər.
Nəticədə meyvə bağına dolu nəticəsində miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinin də baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 602 manat aqrar sığorta ödənişi təyin edilib.
Qeyd edək ki, bu - indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar. “Aqropat” MMC-nin baş aqronomu Asif Zeynalov bildirib: “Təsərrüfatımızın yerləşdiyə ərazinin iqlimi mürəkkəbdir. Sığortalanma ilə bağlı Aqrar Sığorta Fonduna müraciətimizin əsas məqsadi bağın şaxtavurmadan və dolu hadisəsindən qorunması idi. Nəticədə dolu hadisəsi baş versə də, aqrar sığorta təsərrafatımızın zərərini qarşıladı. Biz bütün fermerləri aqrar sığortadan faydalanmağa, əkin sahələri və meyvə bağlarını sığortalamağa çağırırıq”.
Keyfiyyət itkisi zərəri xüsusilə məhsulunu xarici ölkələrə ixrac edən təsərrüfatlar üçün çox vacibdir. İxrac edilən məhsulların xarici görünüşü böyük əhəmiyyət daşıyır, meyvənin onun görüşünün korlanması, onun dəyərinin aşağı düşməsi ilə yanaşı, hətta ixracına da mane olur.
Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu ödənişlərin məbləği sürətlə artmaqdadır və qarşıdakı dövrdə planlaşdırılan ödənişləri nəzərə aldaqda ilin sonunadək 2 milyon manatı keçəcək.
Xatırladaq ki, Aqrar Sığorta Fondu ümumilikdə 41 növ bitki və bitki məhsullarını sığorta edir. Bundan təqribən 20 bitki meyvə bağlarına aiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın, dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 53 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
5 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























