300 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 300.073 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 57.614-ü (19,2 %) ilkin, 242.459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2025-ci ilin yanvar-oktyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-oktyabr ayları ərzində 214.701 texniki pasport tərtib edilib, 51.753 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





