Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xüsusi “Əsgərcell” təklifi əsgərlərin xidmət dövründə sevdikləri ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. 

Bu tərəfdaşlıq çərçivəsində Azercell ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.

2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5  nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq. 

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. Azercell nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

Azercell Əsgərcell Müdafiə Nazirliyi Azərbaycan Ordusu hərbi qulluqçular mobil rabitə təhlükəsiz əlaqə ailə ilə ünsiyyət xüsusi təklif mobil cihaz nömrə qeydiyyatı ağ siyahı məhdudlaşdırılmış zənglər rabitə təhlükəsizliyi hərbi xidmət əsgərlər üçün rabitə dövlət-özəl əməkdaşlığı sosial məsuliyyət mobil operator Azercell Telekom xidmət paketi 2026 kommunikasiya texnologiyaları
06.11.2025 16:19
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18