İrini 5 manat 50 qəpiyə, xırdanı isə 5 manata satır
Qax, Zaqatala kimi fındıqçılıq rayonlarında fındığın alış qiyməti 2-3 manat civarına düşdüyü halda, qazaxlı fermer fındığını 5-5,5 manata satdığını iddia edir.
Qazax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Həyata keçirilən tədbirlər nəticəsində son illər rayonda fındıq sahələri genişləndirilərək 52 hektara çatdırılmışdır. Hər il bu ağaclardan yüksək məhsul götürülür. Aqrotexniki qulluq nəticəsində keçən il 455 ton məhsul əldə edən rayon sakinləri cari ildə bu rəqəmin xeyli yüksək olacağını proqnozlaşdırırlar. İndi bağlarda məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Məhsul əsasən yerli bazarlarda satılır. İlkin göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərə nisbətən bu il hər ağacdan götürülən fındıq çox olacaq.
Rayonda ən çox fındıq əkilən kəndlərdən biri də Kommunadır. Bu sahədə vəziyyəti öyrənmək üçün həmin kənddə olduq.
Burada kiçikdən tutmuş böyüyədək hamı fındıq yığımı ilə məşğul idi. Kənd sakini Kənan Saniyev işgüzar təsərrüfat sahiblərindəndir. 65 sot fındıq bağı var. Söhbət zamanı Kənan ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirdi. Dedi ki, fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması onda bu məhsulun ildən-ilə artırılmasına maraq yaradıb. Hər il 2 tondan çox fındıq satan fermer getdikcə bağların sahəsini artırır. Alıcılıq qabiliyyəti yüksək olduğundan satış problemi də olmur. İri fındığı 5 manat 50 qəpiyə, xırdanı isə 5 manata satır. Keçən il 1 ton 200 kiloqram xırda, 1 ton iri fındıq satıb. Mövsüm zamanı 10 nəfərədək kənd sakinini yığıma cəlb edir və onları gündəlik əməkhaqqı ilə təmin edir. Nəticədə məhsul tez və itkisiz toplanaraq tədarük olunur.
Öyrəndik ki, Kənan Saniyevin fındıqdan əlavə, 8 sot üzüm bağı, 3 sot zoğal bağı var. Hər il həmin bağlardan da xeyli məhsul toplayaraq bazarlarda satır ki, bu da ailə büdcəsinə xeyli gəlir gətirir. 5 nəfər ailə üzvü var. Həyat yoldaşı ilə 3 oğlu da təsərrüfatda çalışırlar.
Kənddə 400 təsərrüfat fəaliyyət göstərir. Onların yarıdan çoxunun pay torpaqlarında fındıq əkilib. Kənd sakinləri Mehman Bədəlov, Aqil Qurbanov, Adil Məşədiyev və başqaları fındıqçılığa gəlir mənbəyi kimi baxırlar. Odur ki, ailələrinin dolanışığı naminə saldıqları fındıq bağlarına yorulmaq bilmədən qulluq edirlər. Nəticədə hər il bol məhsul götürürlər. Ağacların suvarılmasında da heç bir problem yaşanmır. Dideban gölündən gələn kanal kəndin düz yanından keçir və kənd ərazisində salınmış bağların, eləcə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Bundan başqa, kənddə iki subartezian quyusu da var. Kənd sakinləri bu sudan səmərəli istifadə edirlər.
© “Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
















.jpg)



.jpg)


