SOCAR istiqrazları günbəgün bahalaşır - SƏBƏBLƏR
SOCAR istiqrazının alış qiymətində yeni rekord
SOCAR istiqrazı üzrə ilk kupon faizinin ödənilməsinə sayılı günlər qalmış, təkrar bazarda bu isiqrazların alış qiyməti artır.
“Marja” xəbər verir ki, bu gün SOCAR istiqrazının alış qiyməti 1011 dollar qalxıb. Bu indiyədək qeydə alınmış ən yüksək alış qiymətidir.
BANK ƏMANƏTİNDƏN 2 DƏFƏ GƏLİRLİ TƏKLİF
Tanınmış iqtisadçı alim Vüqar Bayramov “Marja”ya bildirdi ki, SOCAR istiqrazının şərtləri bazarda investorlar üçün mövcud olan ən cəbedici təklifdir. İstiqraz üzrə faiz bankların faizləri ilə müqayisədə yüksəkdir, likviddir və eyni zamanda SOCAR böyük və etibarlı dövlət şirkətidir. Bu səbəblərə görə SOCAR istiqrazlarına artan tələb qiymətlərin yüksəlməsilə nəticələnir:
“SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi zamanı tələbin təklifi 2 dəfə üstələməzi bu istiqrazlar üzrə təkrar bazarın aktiv olacağına işarə idi. Gözlənildiyi kimi, SOCAR istiqrazlarının təkrar bazarda qiyməti nominal qiymətindən yüksək oldu. Bu onunla bağlıdır ki, SOCAR banklara nisbətən yüksək faiz təklif edir. Kommersiya bankları dollar əmanətlərinə 2-3% arası illik dividend təklif edirsə, SOCAR təxminən 2 dəfə çox - illik 5% gəlir təklif edir”.
BANKLARA AZALAN İNAM
Vüqar Bayramov qeyd etdi ki, investorların SOCAR istiqrazlarına yüksək marağının digər bir səbəbi banklara inamın aşağı olmasıdır:
“Digər tərəfdən kommersiya banklarına inam aşağıdır. 2016-cı ildə 10 kommersiya bankının müflis olması fonunda banklara inam azaldı. Bu da investorları pullarını banklarda saxlamaqdansa, SOCAR istiqrazlarına yatırmağa yönəldir”.
“PRAKTİKİ OLARAQ VALYUTA RİSKİ YOXDUR”
İqtisadçının sözlərinə görə, digər bir səbəb SOCAR istiqrazlarında praktiki olaraq valyuta riskinin olmamasıdır:
“İstiqraz dollarda alınır və SOCAR ödənişləri dollarda həyata keçirir. Praktiki olaraq burada valyuta riski yoxdur. Buna görə də pulunu dollarda saxlamaq istəyən vətəndaş pulunu SOCAR istiqrazına yönəldir və dividend əldə edir”.
İSTƏNİLƏN ZAMAN NAĞD PULA ÇEVİRMƏK MÜMKÜNDÜR
İqtisadçı alim əlavə etdi ki, SOCAR istiqrazlarının istənilən zaman satılaraq nağd pula çevrilə bilməsi onun əlverişli edən şərtlərdən digr biridir:
“Digər tərəfdən əmlak bazarında qiymət azalmaları mövcuddur. Vətəndaş aldığı əmlakı istədiyi zaman və istədiyi qiymətə sata bilmir. Bu gün əmlakı və torpağı nağd pula çevirmək çətinləşib. SOCAR istiqrazları isə likviddir, onu istənilən vaxt satıb nağd pula çevirmək mümkündür”.
Xəbər verdiyimiz kimi SOCAR istiqrazları 5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılıb. Hazırda SOCAR İstiqrazlarını təkrar bazardan almaq olar. Bunun üçün Maliyyə Palatasının lisenziya verdiyi bütün investisiya şərkətlərinə (“AzFinance Invest”, “InvestAZ”, “PAŞA Kapital”, “PSG- Kapital”,“ Unicapital”, “Kapital Menecment”) və yaxud 1 və 5 saylı ASAN xidmət mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərinə müraciət etmək lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
22 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
29 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 40 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb















.jpg)








