Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib.

Bildirilib ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.

Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov, Masdar şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev və digər nümayəndələr iştirak edərək layihənin enerji keçidi və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğulayıblar.

Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpa olunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq.

Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraq günəş panellərini imzalayıb və ilk panelin quraşdırılmasında iştirak ediblər.

İş elanları AzVak.az-da

02.10.2025 15:55
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18