“Yeni müqavilə SOCAR-ın da gəlirini kifayət qədər artıracaq”
Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə yeni müqavilə imzalamaqla orada qalan neft ehtiyatlarının bundan sonrakı dövrdə də kommersiya baxımından sərfəli işlənməsi imkanı əldə edib.
Bunu açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
“Azərbaycan və tərəfdaşları uzun illərin danışıqları nəticəsində ortaq məxrəcə gələrək nəhayət belə sənədi imzalayıblar. Heç kəs düşünməsin ki, bir tərəf kifayət qədər divident əldə edir, digər tərəf isə özünü məğlub kimi hiss etməlidir. Azərbaycan neft-qaz sənayesində xarici şirkətlər üçün münbit şərait yaratdığına görə həmişə bir örnək olub. Son 17 il ərzində AÇG-dən 125 mlrd. dollardan bir qədər artıq mənfəət əldə edilib. Birinci müqavilədə Azərbaycan hasilat başlayandan 2 ildən bir qədər artıq dövr müddətində mənfəətə çatmışdı. Hazırki müqavilə ilə Azərbaycan faktiki olaraq hasilat başlayan kimi mənfəətini almaqda davam edəcək”,- deyə o, bildirib.
Ekspertin sözlərinə görə, hasilat başlayan kimi mənfəətin alınması müqavilənin üstünlüyüdür. və yeni müqavilə ilə dövlətdən əlavə, SOCAR-ın da gəliri kifayət qədər artacaq.
“Əvvəllər SOCAR-ın enerji layihələrinə dövlət dəstək verirdi. İndi şirkət öz layihələrini maliyyləşdirmək imkanı qazanacaq və dövləti bu yükdən azad etmiş olacaq. Dövlət isə bunun nəticəsində həmin gəlirləri digər layihələrə və qeyri-neft sektoruna yönəltmək imkanı əldə edəcək”, - deyə İ. Şaban vurğulayıb.
Ekspert həmçinin qeyd edib ki, AÇG-dən indiyə qədər hasil olunmuş mənfəət neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna 125 mlrd. dollardan çox vəsait daxil olubsa, növbəti müddətdə bu vəsait 150 mlrd. dollardan az olmayacaq: “Baxmayaraq ki, növbəti müddətdə neftin maya dəyəri artacaq, mma hesab edirəm ki, AÇG üzrə mənfəət neftinin satışından ARDNF-ə daxil olan vəsaitin həcmi 150 mlrd. dollardan az olmayacaq. Bəlkə də daha çox vəsait olacaq. Burada təbii ki, hər şey neftin qiymətindən asılıdır".
©Report
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 1 d. əvvəl
- 3 d. əvvəl
-
13 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
25 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA rəqəmsal imza Birbank-da!
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb




















.jpg)

