Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 29 sentyabr 2025-ci il tarixində Almaniyanın Frankfurt şəhərində start götürən "SIBOS 2025" Beynəlxalq Bankçılıq Konfransında iştirak edir. 

Bu il keçirilən konfrans “Qlobal maliyyə sektorunun növbəti sərhədləri” mövzusuna həsr olunub. Konfrans ödənişlər və qiymətli kağızların rəqəmsal transformasiyası, maliyyə imkanlarının genişləndirilməsi, maliyyə cinayətləri ilə bağlı hüquqi tədbirlərin gücləndirilməsini, kibertəhlükəsizliyi, tənzimləyici dəyişiklikləri, həmçinin süni intellekt, kvant texnologiyaları və paylanmış reyestr texnologiyası (DLT) kimi həllərin rolunu araşdırır. 

Yüzlərlə ixtisaslaşmış spiker maliyyə ekosistemində baş verən çevik dəyişiklikləri və bu proseslərə uyğunlaşmaq üçün daha geniş şəbəkələşmə, inteqrasiya və dayanıqlılıq imkanlarını inkişaf etdirməyin yollarını müzakirə edir. 

“PAŞA Bank"ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı Murad Süleymanovun sözlərinə görə, bu mötəbər tədbir “PAŞA Bank” üçün həmçinin də beynəlxalq əməkdaşlıqların davamlılığı, inkişafı və qurulması baxımından unikal bir platformadır. 

“Hər il bu konfransda iştirak etməklə biz beynəlxalq əməkdaşlıq şəbəkəmizi genişləndirir, aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıqlar qururuq, yeni imkanları, hədəfləri müəyyənləşdiririk, təcrübələrimizi bölüşürük, yeni təcrübələri və innovativ həlləri öyrənirik. Bu isə bizə müasir təcrübələri və yeni imkanları Azərbaycan bazarında tətbiq edərək müştərilərimizin biznes ehtiyaclarına uyğun daha çevik və effektiv həllər təqdim etməyə imkan verir,” – deyə, M. Süleymanov bildirib. 

Qeyd edək ki, 2 oktyabra qədər davam edəcək “SIBOS 2025” tədbiri dünyanın aparıcı maliyyə institutlarını, fintex şirkətlərini, texnologiya təminatçılarını, investorları, tənzimləyiciləri və 500-dən çox müstəqil eksperti bir araya gətirərək məhsuldar müzakirə və əməkdaşlıq imkanları yaradır.

29.09.2025 11:03
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar