"Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək "

Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edən Elnur Əliyevin müsahibəsi
- Transfer.edu.az elektron portalı hansı zərurətdən yaranıb?
- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vətəndaş məmnunluğunu təmin etmək, şəffaflıq və operativlik kimi əsas vəzifələr bütün dövlət qurumları qarşısında bir tələb olaraq qoyulub. Təhsil Nazirliyi tərəfindən də təqdim edilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin daha yüksək səviyyədə təminatına imkan yaradır. Bildiyiniz kimi, ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016-cı ildən Təhsil Nazirliyi tərəfindən transfer.edu.az portalı istifadəyə verilib. Təhsilalanlar artıq iki ildir ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək üçün heç bir kənar müdaxilə olmadan bu portalın imkanlarından yararlanırlar.
- Transfer.edu.az portalından istifadə mexanizmi necədir?
- Portaldan ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, ixtisasını dəyişmək istəyənlər, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistratura səviyyəsində təhsilalanlar istifadə edə bilər. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
- Köçürülmək istəyən tələbələr əsasən hansı qaydalara diqqət yetirməlidirlər ?
- Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. İldən-ilə portalın fəaliyyəti daha da təkmilləşdirilir və tələbələrin rahatlığı üçün yeni imkanlar yaradılır. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” bu il daha da təkmilləşdirilib və liberallaşdırılıb. Nəticədə bu il portalın imkanlarından yararlanan tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 1484 tələbə portaldan istifadə edərək öz seçimlərini edib. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb. Bir daha qeyd edilməlidir ki, bu fəaliyyətin ana məqsədi vətəndaş məmnunluğu və rahatlığı, o cümlədən şəffaflığın təminatı sahəsində Təhsil Nazirliyinin üzərinə düşən məsuliyyətdir.
- Hazırda akkreditasiyası bitmiş bu universitetdə təhsilini davam etdirən tələbələrə hansı tövsiyələr verərdiniz?
- Bildiyiniz kimi, 2016-cı ildə “Təfəkkür” Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin “Təfəkkür” Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər. Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək.
© APA
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 4 d. əvvəl
-
- 22 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
56 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
1 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 2 saat əvvəl
Son Xəbərlər

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

ABŞ-da tələbatla bağlı narahatlıqlar faiz endiriminin yaratdığı nikbinliyi üstələyib— neft qiymətləri düşür

"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
