AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
(®) Müştəriyönümlü yanaşması ilə seçilən AccessBank “Sərbəst depozit” məhsulunu təqdim edir. Bu əmanət həm yüksək gəlir, həm də vəsaitlər üzərində tam sərbəstlik imkanı yaradır.
“Sərbəst depozit”in ən böyük üstünlüyü, əmanət məbləğini istənilən vaxt artırmaq və ya geri götürmək imkanıdır. Bu çeviklik müştərilərə öz yığım planlarını rahatlıqla qurmağa, ehtiyaclarına uyğun dəyişikliklər etməyə imkan yaradır.
Məhsulun daha bir üstünlüyü isə faizlərin kapitallaşmasıdır. Bu imkan sayəsində gəlirlik daha da artır və vəsait daim böyüyür.
Depozit açmaq üçün tələb olunan minimum məbləğ cəmi 100 AZN və ya 100 USD təşkil edir. Bu isə məhsulu həm fiziki şəxslər, həm də fərdi sahibkarlar üçün əlçatan edir.
“Sərbəst depozit” üzrə faiz dərəcələri milli valyuta (AZN) üzrə fiziki şəxslər üçün illik 9.5%, fərdi sahibkarlar üçün 6%, ABŞ Dolları (USD) üzrə isə fiziki şəxslər üçün illik 3%, fərdi sahibkarlar üçün 2% təşkil edir.
AccessBank hər zaman olduğu kimi, müştərilərinə ehtiyac və gözləntilərinə uyğun innovativ, sərfəli və rahat maliyyə həlləri təqdim etməyə davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 13 d. əvvəl
-
- 28 d. əvvəl
-
59 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
























