Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
Bakı Gəmiqayırma Zavodu üçün güzəşt və azadolmaların müddəti artırılır. Zavod tərəfindən sifarişçilərə təqdim olunmuş və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilədək uzadılmasına zərurət yaranıb. Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmirqayırma Zavodu" MMC daha 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir.
Bu, Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
İclasda bildirilib ki, "Bakı Gəmiqayırma Zavodu" Xəzər regionunda ən böyük sənaye müəssisələrindən biridir və Azərbaycanın dəniz donanmasının müasirləşdirilməsinə müsbət töhfəsini verməkdədir. Zavod gəmilərin, dəniz və su nəqliyyatı vasitələrinin tikintisi, təmiri, təyinatının dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir və ölkəmizin gəmiçilik sahəsində idxaldan asılılığının azaldılması, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, həmçinin ixrac potensialının gücləndirilməsi baxımından böyük və strateji əhəmiyyətə malikdir.
Zavodun sifarişçilərə təqdim etdiyi və inşası hazırda davam edən tikinti layihələri üzrə qiymətlərin mövcud güzəşt və azadolmalar əsas götürülməklə tərtib olunduğunu və Vergi Məcəlləsinə əsasən sənaye parkının rezidenti kimi Zavoda verilən güzəşt və azadolmaların müddətinin başa çatmaq üzrə olduğunu nəzərə alaraq, sözügedən müddətin 2030-cu ilə qədər uzadılmasına zərurət yaranıb. Sənaye parkının rezidentlərinə verilən güzəştlərin müddətinin uzadılması praktikası olmadığından layihədə Zavoda verilən güzəştlərin müddətinin artırılması üçün Vergi Məcəlləsinin müvafiq bölmələrinə mənfəət, əmlak və torpaq vergilərindən azadolmaları ehtiva edən yeni maddələrin əlavə edilməsi nəzərdə tutulub.
Layihənin qüvvəyə minəcəyi təqdirdə Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmaların (mənfəət, əmlak və torpaq vergisindən azadolma) müddəti yeni maddələr ilə tənzimlənəcək və 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinə qədər) əhatə edəcək. Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti "Gömrük tarifi haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən uzadılacaq.
Vurğulanıb ki, Qanun layihəsi gəmiqayırma sənayesinin uzunmüddətli inkişafının dəstəklənməsinə, iqtisadi fəallığın artırılmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına, xidmətlərin ixracı potensialının genişləndirilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
23 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
14 d. əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi
-
1 saat əvvəl
Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“KazMunayGas” Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft ixracını bərpa edib
-
2 saat əvvəl
Bank of Baku istiqrazlarını ALIN, illik 13% GƏLİR QAZANIN, İSTƏDİYİNİZ VAXT SATIN
-
3 saat əvvəl
Naxçıvanda özəlləşdirmədən daxilolmalar 1 milyon manat təşkil edib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

Naxçıvanda ilk qadın kooperativi yaradılır
Ən çox oxunanlar

Azərbaycan vətəndaşları yarım ildə xaricdə istirahətə 1 milyard manata yaxın xərcləyiblər

"Bakı Kart"a yeni direktor təyin edilib

Mərkəzi Bank: Bu il xam neftin orta qiymət 13,3 dollar azalıb

Şuşa Zəfər Muzeyinin layihə-smeta sənədlərini 1,1 milyon mnata İtaliya şirkəti hazırlayacaq

1 elektrik avtobusu "BakuBus"a 544 min manata başa gəlib

Yeni inşa olunacaq gəmilər Xəzər dənizində marşrutlara buraxılacaq
