“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
Bakı şəhərində 31 avqust - 4 sentyabr 2025-ci il tarixlərində 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 2025 Dünya Finalı keçirilib.(®) Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunan ICPC 2025 Dünya Finalı - “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, "Huawei", "Google Deep Mind", “Open AI”, “JetBrains” kimi qlobal lider texnologiya şirkətlərinin dəstəyi, eləcə də “PAŞA Holding”in sponsorluğu ilə Bakı şəhərində 31 avqust - 4 sentyabr 2025-ci il tarixlərində baş tutub.
Sözügedən tədbirdə “PAŞA Holding”in törəmə şirkətləri olan "PAŞA Bank", "Kapital Bank", "PAŞA Sığorta" və "PAŞA Həyat" şirkətləri ilə təmsil olundu.
Qeyd edək ki, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) dünyanın müxtəlif universitetlərindən olan tələbələr üçün nəzərdə tutulmuş qlobal alqoritmik proqramlaşdırma yarışıdır. Üç nəfərlik komandalar 5 saat ərzində çətin və real dünya problemlərini həll etməyə çalışaraq yaradıcılıq, komanda işi və problem həll etmə bacarıqlarını sınayırlar. "ICPC" intensiv və yüksək səviyyəli rəqabət vasitəsilə informatika sahəsində innovasiya və mükəmməlliyi təşviq edir. "ICPC" ilk dəfə 1970-ci ildə Şimali Amerikada yerli səviyyədə təşkil olunub. 1977-ci ildə isə ilk dəfə dünya çempionatı formatında keçirilib və həmin vaxtdan etibarən qlobal, çoxmərhələli bir yarışa çevrilib. Bu gün "ICPC" yerli və regional mərhələlərdən ibarət beynəlxalq bir sistemə malikdir və hər il "ICPC" Fondunun təşkilatçılığı ilə keçirilən dünya finalı ilə yekunlaşır.
1 sentyabr 2025-ci il tarixində keçirilən açılış mərasimində "ICPC" Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə, 10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3 307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə proqramçılarından ibarət 140 komanda final mərhələsinə vəsiqə qazanaraq Bakıya toplaşıb.
“PAŞA Holding”in ICPC 2025 Dünya Finalının Bakıda keçirilən mərhələsinin "Platin" sponsoru qismində çıxış etməsi, şirkətin gənclərin inkişafına, innovasiyaların təşviqinə və bilik əsaslı cəmiyyətin qurulmasına verdiyi önəmi nümayiş etdirir. Dünyanın ən nüfuzlu proqramlaşdırma müsabiqələrindən birini dəstəkləməklə, “PAŞA Holding” gələcəyin problemləri həll edə bilən liderlərini və texnologiya mütəxəssislərini ilhamlandırmağı, eyni zamanda Azərbaycanın təhsil və rəqəmsal inkişaf sahəsində regional mərkəz kimi mövqeyini gücləndirməyi hədəfləyir. Bu təşəbbüs şirkətin gənclərə, innovasiyaya və dayanıqlı inkişafa töhfə vermək istiqamətində atdığı mühüm addımlardan biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)




.jpg)





