Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
Mobil operator həssas qruplar arasında rəqəmsal savadlılığın artırılması istiqamətində fəaliyyətini davam etdirirAzercell rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və əhalinin maarifləndirilməsi sahəsində təşəbbüslərini davam etdirir.
Kibercinayətkarların hədəfində daha çox yaşlı nəslin nümayəndələrinin olduğunu nəzərə alan şirkət bu dəfə Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində yaşlılar üçün xüsusi təlim təşkil edib.
Azercell-in İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə iştirakçılara kiberdələduzluq, fişinq hücumları və digər kiberrisklər barədə ətraflı məlumat təqdim olunub. Təlimdə kiberdələduzların istifadə etdiyi üsullar, aktual kiberhücum trendləri və onlardan qorunma yolları izah edilib. Tədbir interaktiv sual-cavab sessiyası və real nümunələr üzərində müzakirələrlə davam edib.
Xatırladaq ki, Azercell müxtəlif yaş qrupları üçün rəqəmsal təhlükəsizlik biliklərinin artırılması istiqamətində silsilə layihələr həyata keçirir. Şirkət daha öncə sosial xidmət müəssisələrinin sakinləri üçün xüsusi maarifləndirici tədbir təşkil edib, cari ilin ilk yarısında isə “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı” çərçivəsində 7 regionda 350-ə yaxın məktəblini kibertəhlükəsizlik sahəsində məlumatlandırıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)








.jpg)




