"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi
Azərbaycan pambıqçılıq və tekstil sənayesində lider mövqeyə sahib olan GP Cotton Holdings-in tərkibinə daxil olan Prime Cotton MMC Yevlax rayonunda ənənəvi “Açıq Tarla Günü” tədbirini təşkil edib.
Tədbirdə şirkətin rəhbərliyi, pambıq yetişdirdiyi 15 regiondan 200-ə yaxın fermer, aqronom, yerli və beynəlxalq toxum və dərman şirkətlərinin nümayəndələri, həmçinin Aqrar Sığorta Agentliyinin əməkdaşları iştirak ediblər.
Tədbirin məqsədi fermerlər arasında əməkdaşlığın gücləndirilməsi, aqrotexniki xidmətlər üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Prime Cotton-un innovativ təsərrüfatlarında aparılan pambıq sınaq əkini nəticələrinin paylaşılması olub.
İştirakçılar Prime Cotton-un Yevlax İnnovasiya Filialındakı eksperimental pambıq sahələrini ziyarət ediblər. Burada fermerlər müxtəlif toxum sortlarından əkilmiş pambıq kollarının inkişaf göstəriciləri ilə tanış olub, bitki sağlamlığı, qoza sayı, budaqlar arasındakı məsafə və kök sisteminə dair müşahidələr aparıblar. Fermerlər həmçinin yerli və xarici toxum təchizatçılarının nümayəndələrinə birbaşa suallar ünvanlayıblar.
Tarla ziyarətindən sonra Naftalan şəhərində konfrans keçirilib. Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudov açılış nitqində şirkətin indiyədək gördüyü işlər, tətbiq edilən innovativ texnologiyalar və inkişaf hədəfləri barədə məlumat verərək bildirib:
“Prime Cotton olaraq bizim ən böyük gücümüz fermerlərimizdir. ‘Açıq Tarla Günü’ yalnız yeni texnologiyaların təqdimatı deyil, həm də 7,000-dən çox fermer şəbəkəmizlə birgə inkişaf yolunda atdığımız strateji addımdır. Məqsədimiz pambıqçılığı daha səmərəli, dayanıqlı və beynəlxalq bazarlarda rəqabətədavamlı etməkdir.”
Şirkət nümayəndələri strateji inkişaf istiqamətləri kimi müasir texnologiyaların tətbiqi, Pima pambığı əkin sahələrinin genişləndirilməsi, aqrar xidmətlərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarını vurğulayıblar.
Tədbir çərçivəsində toxum və dərman şirkətləri fermerlər üçün təqdimatlar keçirərək yeni toxum sortları, gübrələmə və bitki mühafizəsi vasitələri, müasir suvarma texnologiyaları və sığorta mexanizmləri barədə yenilikləri təqdim ediblər.
Aqrar Sığorta Fondunun nümayəndəsi fermerlərin pambıq sahələrinin sığortalanması prosesində üzləşdiyi çətinliklərdən danışıb və risklərin azaldılması üçün praktik tövsiyələr verib.
“Açıq Tarla Günü” Prime Cotton-un strateji yanaşmasının mühüm bir hissəsi kimi dəyərləndirilir. Bu platforma fermerlər, təchizatçılar və şirkət arasında bilik mübadiləsi, mövcud problemlərin müzakirəsi və gələcək hədəflərin müəyyən olunması üçün geniş imkan yaradıb. Fermerlər, Prime Cotton-un 30 illik yubiley ilində keçirilən bu tədbiri təcrübə paylaşımı və əməkdaşlıq baxımından yüksək qiymətləndiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)



