Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir
Unibank Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş təşəbbüslərin daimi dəstəkçisidir.
Bank bu dəfə dünyanın ən nüfuzlu intellektual yarışlarından birinə – Bakıda keçirilən 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına tərəfdaşlıq edir.
31 avqust – 5 sentyabr tarixlərində keçirilən tədbirə dünyanın 70 ölkəsindən 140 komanda qatılıb. Gənc proqramçılar yarış boyu alqoritmik düşüncə, problem həll etmə və komanda bacarıqlarını nümayiş etdirirlər. Azərbaycan bu finalda ADA Universiteti və Bakı Ali Neft Məktəbi komandaları ilə təmsil olunur.
Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə keçirilir. Unibank Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tədbirin tərəfdaşları sırasında yer alır.
Bankın bu əməkdaşlığı yalnız böyük bir beynəlxalq tədbirə dəstək deyil. Unibank üçün bu, həm də ölkədə rəqəmsal mühitin möhkəmləndirilməsi, gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına verilən töhfədir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb













.jpg)




